Icma.az
close
up
RU
Rusiya öz şərtlərini Ukraynaya çatdırdı: Nə istəyirlər?

Rusiya öz şərtlərini Ukraynaya çatdırdı: Nə istəyirlər?

Icma.az, News24 portalına istinadən məlumat yayır.

Rusiya və Ukrayna nümayəndə heyətləri dünən İstanbulda növbəti dəfə görüşərək qarşılıqlı tələblərini bildiriblər. Görüşdən atəşkəs əldə olunmasa da, tərəflər növbəti dəfə məhbus mübadiləsi barədə razılığa gəliblər.

News24.az “Moscow Times”a istinadən xəbər verir ki, Rusiya danışıqlar qrupu Ukrayna nümayəndə heyətinə müharibəni bitirmək üçün iki variantlı “memorandum” təqdim edib. 

Rusiya memorandumunun təfərrüatlarını Rusiya dövlət mətbuatı ictimaiyyətə açıqlayıb.

RUSİYA NƏ İSTƏYİR?

Rusiyanın təqdim etdiyi ilk variant Ukraynanın, Rusiya tərəfindən qismən işğal olunmuş və ilhaq edildiyi elan edilən Donetsk, Luqansk, Zaporojye və Xerson bölgələrindən tam şəkildə geri çəkilməsini nəzərdə tutur. Rusiya bildirir ki, Ukrayna bu bölgələrdən qoşunlarını çıxarmağa başladıqdan sonra 30 günlük atəşkəs qüvvəyə minəcək. Bundan əlavə, Rusiya Ukrayna hərbi qüvvələrinin Rusiya sərhədindən əvvəlcədən razılaşdırılmış məsafəyə geri çəkilməsini də tələb edir.

Rusiyanın təqdim etdiyi ikinci variant isə “paket təklifi” kimi qiymətləndirilir. Bu seçim dörd bölgənin dərhal təslim edilməsini birbaşa tələb etməsə də, bir sıra şərtləri əhatə edir. Bu şərtlər arasında Ukraynanın səfərbərlik səylərinə dərhal son qoyulması, Ukraynaya edilən bütün xarici hərbi yardımların, kəşfiyyat məlumatlarının və peyk dəstəklərinin dayandırılması yer alır. Rusiya, eyni zamanda, Ukraynanın Rusiya ərazisində heç bir təxribat xarakterli əməliyyat keçirməməsini tələb edir.

Bu ikinci təklif, həmçinin hər iki tərəfin mülki şəxsləri azad etməsini nəzərdə tutan qarşılıqlı amnistiya çağırışını da özündə birləşdirir. Rusiya, Ukraynada hərbi vəziyyətin ləğvindən sonra 100 gün ərzində prezident və parlament seçkilərinin keçirilməsini tələb edir. Bundan başqa, Rusiyanın şərtlərinə əsasən, Ukrayna silahlı qüvvələrinin hərəkəti xarici hərbçilərin ölkəni tərk etməsi və sərhəd bölgələrindən uzaqlaşdırılması istisna olmaqla, müəyyən məhdudiyyətlərə tabe olmalıdır.

Günel Məlikzadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:176
embedMənbə:https://news24.az
archiveBu xəbər 03 İyun 2025 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri