Icma.az
close
up
RU
Rusiya özünü qoruya bilmir, ABŞ bunu öyrənməlidir Ekspert

Rusiya özünü qoruya bilmir, ABŞ bunu öyrənməlidir Ekspert

Icma.az bildirir, Axar.az portalına istinadən.

Ukrayna PUA-lardan kütləvi şəkildə istifadə etməklə Rusiyanı hazırlıqsız yaxaladı. Lakin görünür ki, dünyada heç kim bu səviyyədə olan təhlükəyə hazır deyil.

Axar.az xəbər verir ki, bu barədə amerikalı analitik Çak Devor “Fox Nyus” nəşrində dərc olunann məqaləsində qeyd edib.

Nəşr qeyd edir ki, Rusiya Ukrayna xəstəxanalarına və yaşayış binalarına müntəzəm olaraq raket və dronlarla zərbələr endirməyə davam edir. Bu cür hücumlar yüksək hərbi effektivliyə malik deyil və daha çox İkinci Dünya müharibəsi zamanı Almaniyanın Böyük Britaniya şəhərlərinə endirdiyi bənzər zərbələri, yəni mülki əhalini qorxutmaq kampaniyasını xatırladır.

Məlumata görə, bu hücumlar Ukraynanın müqavimətini qırmayıb, əksinə, Kiyevin mübarizəni davam etdirmək əzmini daha da gücləndirib.

Lakin ruslardan fərqli olaraq, ukraynalılar sistemli şəkildə hərbi-sənaye obyektlərinə - yanacaq karvanlarına, sursat anbarlarına, dəmir yolu qovşaqlarına və körpülərə zərbələr endirirlər. Bu isə cənub istiqamətində Rusiya qoşunlarının təchizatını əhəmiyyətli dərəcədə çətinləşdirib.

Bundan əlavə, Ukrayna Rusiya neftinin ixracı üçün istifadə olunan "kölgə donanması" adlandırılan gəmilərə də hücum edir.

Devorun fikrincə, Ukraynanın zərbələri nəticəsində Rusiyanın üzləşdiyi hazırkı problemlər ABŞ üçün xəbərdarlıq olmalıdır.

ABŞ Hərbi Dəniz Qüvvələri, o cümlədən təyyarədaşıyan gəmilər həm havadan, həm də dənizdən həyata keçirilən kütləvi dron hücumlarına qarşı həssas olaraq qalır. Həmçinin, ABŞ-ın aviabazaları, enerji sistemi və digər kritik əhəmiyyətli infrastrukturu da hələ də lazımi səviyyədə qorunmur.

"Qarşı tərəflər belə "dron sürüləri"ni Kubadan və ya Meksikadan, yaxud da sahil yaxınlığında hərəkət edən Çin ticarət gəmilərindən buraxa bilərlər. ABŞ bu qorunma üsulunu tez bir zamanda mənimsəməlidir. Alternativ yol isə bu həqiqətləri öz acı təcrübəsi hesabına öyrənməkdir", - deyə analitik xəbərdarlıq edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://axar.az
archiveBu xəbər 12 İyul 2026 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see434

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see372

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see290

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see276

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see258

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see251

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see248

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see237

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see230

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see226

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see222

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see220

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see218

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see218

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see211

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see210

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see208

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see207

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see202

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri