Rusiya Paşinyandan niyə narazıdır Zaxarova elə şeylər danışdı ki...
Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanın baş naziri Nikol Paşinyanın son açıqlamalarını tənqid edib.
Globalinfo.az xəbər verir ki, Zaxarova Paşinyanın “üçüncü ölkələr”lə Ermənistan ruhaniləri arasındakı münasibətlər haqda çıxışını Rusiyaya ünvanlanan mesaj kimi xarakterizə edib.
O, həmçinin Paşinyanın Avropa İttifaqı ilə bağlı mövqeyini istehza ilə qarşılayıb:
“Paşinyan, Aİ-yə qəbul edilsək yaxşı olacaq, əks halda da qazanacağıq deyir. Belə insanlar adətən oyun qaydalarından xəbərsiz olurlar”, – Zaxarova bildirib.
Rusiya XİN rəsmisi çıxışında Avropa İttifaqının iqtisadi çətinliklər yaşadığını iddia edib. Onun sözlərinə görə, Aİ-də sənaye istehsalının azalması, dövlət borcunun artması, miqrasiya böhranı və enerji qiymətlərinin yüksəlməsi vətəndaşların həyat səviyyəsinə mənfi təsir göstərir.
Zaxarova bildirib ki, Ermənistanın Avropa standartlarını tətbiq etməyə çalışması qəribə görünür. Çünki ölkə həmin standartların hazırlanmasında iştirak etmir. Bunun əksinə olaraq, Avrasiya İqtisadi İttifaqı və Müstəqil Dövlətlər Birliyi kimi qurumlarda Ermənistan qərarların qəbulunda tamhüquqlu iştirakçıdır.
O əlavə edib ki, Ermənistan iqtisadiyyatı böyük ölçüdə məhz Aİİ ilə ticarət-iqtisadi əlaqələrə bağlıdır və ölkə ötən il 7–7,2 faiz civarında artım tempi nümayiş etdirib. Bu da dünyadakı orta göstəricilərdən daha yüksəkdir.
Əliyar Xəlil
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 19 Mart 2026 00:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















