Icma.az
close
up
RU
Rusiya Paşinyanı fiziki aradan qaldırmaq üçün vasitələrə əl ata bilər ŞƏRH

Rusiya Paşinyanı fiziki aradan qaldırmaq üçün vasitələrə əl ata bilər ŞƏRH

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Baş nazir də yəqin ki, bu riskin fərqindədir və öz təhlükəsizliyi üçün tədbirlər görür


Ermənistan və Rusiya arasında uzun illər boyu dərin siyasi və strateji əlaqələr mövcud olub. Lakin Nikol Paşinyanın hakimiyyətə gəlməsi ilə bu münasibətlərdə ciddi dəyişikliklər baş verib.  Regionda yeni geosiyasi dinamikalar formalaşıb. Xarici güclərin, xüsusilə ABŞ-nin Qafqazdakı rolu artdıqca Moskvanın bölgədəki təsiri zəifləməyə başlayıb. Bu isə Ermənistan daxilində siyasi vəziyyətin mürəkkəbləşməsinə və Nikol Paşinyanın mövqeyinin sınağa çəkilməsinə səbəb olub. 


Politoloq Elçin Abdullayev mövzunu Sherg.az-a şərh edib:

"Nikol Paşinyan iqtidara gəldikdən sonra Rusiya ilə Ermənistan arasında münasibətlərdə kifayət qədər sərin küləklər əsdi. Bu əsən küləklərin fonunda Rusiyanın reputasiyası ilə bərabər Nikol Paşinyanın nüfuzunun da zədələndiyini müşahidə etdik. Avqustun 8-də Vaşinqtonda Ermənistan, Azərbaycan və ABŞ arasında keçirilən görüş və həmin görüşdə imzalanan sənəd Rusiyanın bölgədəki nüfuzunu zədələdi. Rusiya rəsmiləri ilkin olaraq ABŞ-nin vasitəçiliyini qismən müsbət qiymətləndirdilər. Amma eyni zamanda bildirdilər ki, xarici müdaxilə bölgədəki vəziyyəti daha da gərginləşdirə bilər. Bu isə o deməkdir ki, rəsmi Moskva dolayısı ilə ABŞ-nin Qafqazdakı mövcudluğunu və Ermənistan-Azərbaycan arasında oynadığı rolu müsbət dəyərləndirmir. Moskva çox yaxşı anlayır ki, əgər ABŞ 99 illiyə Ermənistanın BMT-də tanınan sərhədlərində, xüsusilə də Zəngəzur dəhlizi adlandırılan bölgədə fəaliyyət göstərəcəksə, bunun əsas səbəbkarı və Rusiyanın baxış bucağından günahkarı məhz Nikol Paşinyandır".


Politoloq Rusiyanın Ermənistana, xüsusilə də Nikol Paşinyana qarşı sərt addımlar atacağının istisna olmadığını bildurib: 

"Bunun açıq hərbi münaqişə formasında olacağını düşünmürəm. Çünki Rusiya hazırda Ukrayna müharibəsində ciddi şəkildə ilişib qalıb və ikinci cəbhənin açılması Kremlin sonunu gətirə bilər. Ancaq keçmiş təcrübələrə nəzər salsaq, bu qənaətə gəlmək olar ki, Rusiya Paşinyanı fiziki aradan qaldırmaq üçün vasitələrə əl ata bilər. Bu, bir çox siyasətçilərin də fikridir. Paşinyanı terror aktı və ya başqa üsullarla aradan götürmək mümkündür. Keçmişdə-1999-cu ildə Ermənistan parlamentində baş verən terror aktı buna bariz nümunədir. Bu isə ehtimal yaradır ki, Rusiya növbəti dəfə də Paşinyana qarşı oxşar plan qura bilər. Bu ehtimalları zaman göstərəcək. Paşinyan da yəqin ki, bu riskin fərqindədir və öz təhlükəsizliyi üçün tədbirlər görür. Rusiyanın mövqeyi zamanla məlum olacaq".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://sherg.az
archiveBu xəbər 11 Avqust 2025 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see756

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see583

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see333

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see324

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see294

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see292

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see286

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see274

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see272

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see271

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see257

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see242

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see240

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see232

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see216

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see214

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see203

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see195

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri