Rusiya Pokrovsk və Volçanskı “azad” elan edib Ukrayna təkzib edir
Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.
Kremlin saytında dekabrın 1-nə keçən gecə yayımlanan məlumata görə, noyabrın 30-u axşam Rusiya Prezidenti, Ali Baş Komandan Vladimir Putin birləşmiş ordu qruplaşmalarının idarəetmə məntəqələrindən birində olub və burada ona Baş Qərargah rəisi Valeri Gerasimov “Donetsk Xalq Respublikası”nın Krasnoarmeysk şəhərinin (Rusiya Ukraynada qismən işğal olunmuş Donetsk vilayətinin Pokrovsk şəhərini Krasnoarmeysk adlandırır) və Xarkov vilayətinin Volçansk şəhərinin “azad edilməsi” barədə məruzə edib.
Yeniavaz.com xəbər verir ki, həmçinin “Mərkəz” qruplaşmasının komandanı Valeri Solodçuk Putinə Dmitrov şəhərinin cənub hissəsini nəzarətdə saxladıqlarını bildirib.
“Vostok” qruplaşmasının komandiri Andrey İvanaev isə Putinə bildirib ki, Zaporojye vilayətinin Qulaypoye şəhərinin “azad edilməsi əməliyyatı” başladılıb və 5-ci ordunun bölmələri şəhərin şimal-şərq hissəsində küçə döyüşləri aparırlar.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının dekabrın 1-i axşam saatlarında dərc etdiyi məlumata görə isə, Pokrovski istiqamətində və Volçansk yaxınlığında döyüşlər davam edir. Ukraynanın Baş Qərargahı müdafiə qüvvələrinin geri çəkilməsi ilə bağlı heç nə deməyib.
Dekabrın 1-də Ukrayna Prezidenti Volodimir Zelenski Parisdə Fransa Prezidenti Emmanuel Makronla görüşdən sonra keçirdiyi mətbuat konfransında bildirib ki, Rusiya irəliləyiş əldə edib və bir neçə hücum əməliyyatına başlayıb, lakin heç biri uğurlu olmayıb. Zelenski deyib ki, Pokrovsk və digər ərazilərdə çətin döyüşlər gedir.
Bu mövzuda digər xəbərlər:Ukrayna ordusu Pokrovsk Şəhər Şurasının binasını azad etdi
05 Noyabr 2025 23:48
Pokrovsk əməliyyatının Ukrayna üçün faydaları
02 Noyabr 2025 09:00
Rusiya Miroqrad Pokrovsk yolunu kəsməyə çalışır Ukrayna ordusu xəbərdarlıq edir
25 Noyabr 2025 15:34
Ukrayna KİV: Rusiya hərbçilərinin bir qrupu Pokrovsk şəhərinə sızıb
22 İyul 2025 12:16
Baxış sayı:56
Bu xəbər 02 Dekabr 2025 09:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















