Rusiya polisindən təsirli təbliğat SƏN ÖLƏCƏKSƏN FOTO
Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiyanın Voloqda şəhərində yol polisi təhlükəsizlik kəmərindən istifadə ilə bağlı təsirli reklam banerləri hazırlayıb.
Avtosfer.az xəbər verir ki, banerlərdə sürücülər kəmərdən istifadəyə bir qədər sərt üslubda dəvət edilir. Məsələn, bir reklamda deyilir ki “sən tez öləcəksən, amma anan sənin yerinə 5 il maşının kreditini ödəyəcək”.
Başqa bir reklamda deyilir: “Kəmər sıxır? Narahat olma, tabutda sıxılmayacaqsan. KƏMƏRİ TAX”.
Bu reklamın üzərində dayanmaq yerinə düşər. Azərbaycanda da kəmər taxmayanların əsas “arqument”lərindən biri də sıxılmaqdır. Halbuki, bu iddianın heç bir əası yoxdur. Müasir avtomobillərdə təhlükəsizlik kəmərləri avtomatik tarımlanır və hərəkətə mane olmur.
Üçüncü reklam isə istənilən qəzada özünü saxlaya bildiyini iddia edənlər hədəfə alınır : “Sənin başın alın şüşəsindən sərt deyil. KƏMƏRİ TAX”.
Azərbaycan rayonlarında baş verən qəzalarda dəfələrlə sürücü və sərnişinlərin ya alın şüşəsinə dəyərək ciddi kəllə-beyin travması aldığının, ya da maşından on metrlərlə kənara düşdüyünün şahidi olmuşuq.
Vüqar Yaşaroğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 06 Yanvar 2026 15:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















