Rusiya “Poseydon”u donanmaya daxil etdi
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Rusiya Hərbi Dəniz Donanmasının (HDD) heyətində nüvə mühərrikli “Poseydon” sualtı pilotsuz aparatının daşıyıcısı yer alıb”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya HDD-nin baş komandanı admiral Aleksandr Moiseyev “Voyennaya priyomka” proqramının efirində bildirib.
“Bəli. Bizdə artıq belə bir daşıyıcı var. Hamımız yaxşı bilirik ki, bu proqram məhz belə bir strateji silahın inkişafı ilə bağlıdır. Əlbəttə ki, Hərbi Dəniz Donanmasının tərkibində belə bir daşıyıcı mövcuddur”.
Qeyd edək ki, may ayında V. Putin “Poseydon” sualtı dronu və “Burevestnik” raketi üzərində işlərin son mərhələdə olduğunu bəyan etmişdi.
Xatırladaq ki, “Qiyamət torpedosu” kimi tanınan “Poseydon” nüvə enerji qurğusuna malik pilotsuz sualtı silahdır. “Rubin” Mərkəzi Konstruktor Bürosu tərəfindən hazırlanan layihə strateji çəkindirmə silahı kimi təqdim olunur. Onun əsas vəzifəsi yüksək dağıdıcı gücə malik nüvə sursatını düşmənin sahil zonalarına çatdırmaqdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 26 İyul 2026 14:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















