Icma.az
close
up
RU
“Rusiya Putinə qarşı” Rus müxalifəti Berlində yürüş keçirəcək

“Rusiya Putinə qarşı” Rus müxalifəti Berlində yürüş keçirəcək

Icma.az, Ayna portalına istinadən məlumat yayır.

Martın 1-nə planlaşdırılan aksiya ilə bağlı bildiriş artıq Berlin hakimiyyətinə təqdim edilib

Rusiya müxalifəti Berlində “Rusiya Putinə qarşı” şüarı altında yeni etiraz yürüşü keçirəcək. AYNA xəbər verir ki, bu barədə müxalifətçi İlya Yaşin öz “Telegram” kanalında yazıb. Bildirib ki, martın 1-nə planlaşdırılan aksiya ilə bağlı bildiriş artıq Berlin hakimiyyətinə təqdim edilib.

Yaşinin sözlərinə görə, yürüş Potsdamer Platzdan başlayacaq, Rusiya səfirliyinin yanından keçərək Brandenburq darvazasında başa çatacaq.

Yürüşün təşkilatçıları rusiyalı müxalifətçilər İlya Yaşin, Yuliya Navalnaya və Vladimir Kara-Murzadır.

Ötən il noyabrın 17-də onlar artıq Berlində müharibə əleyhinə yürüş keçirdilər. Yürüşdə minlərlə insan iştirak edib. İştirakçılar “Putinsiz Rusiya” və “Müharibəyə yox” şüarları səsləndiriblər.

Dekabrda Yaşin, Navalnaya və Kara-Murza rusların demokratik və anti-müharibə birliklərinə müraciət edərək, martın 1-də Berlində “Putin, öldürməyi dayandır” əsas şüarı ilə yeni aksiyanın hazırlanmasına çağırış ediblər.

İlk yürüşdə olduğu kimi, yeni aksiyanın təşkilatçıları Ukraynadakı müharibə və Ukrayna xalqı ilə həmrəylik zərurətinə deyil, bir şəxs kimi yalnız Putinə diqqət yetirdiklərini iddia edərək tənqid olunublar.

Yaşin, Kara-Murza və Navalnaya Rusiyanın ən məşhur müxalifətçilərindəndir. İlk ikisi Rusiyada müxalifətə və müharibə əleyhinə fəaliyyətlərinə görə uzun müddətə azadlıqdan məhrum ediliblər və əsir mübadiləsi nəticəsində dəyişdiriliblər. Həbsxanada dünyasını dəyişən müxalifət lideri Aleksey Navalnının arvadı Yuliya Navalnaya işini davam etdirəcəyini bəyan edib. Mühacirətdəki rus müxalifətinin vahid rəhbər strukturu yoxdur. Yaşin, Navalnaya və Kara-Murza ayrı-ayrılıqda fəaliyyət göstərirlər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:160
embedMənbə:https://ayna.az
archiveBu xəbər 30 Yanvar 2025 21:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri