Rusiya “qardaş xalqı boşamaq” istəmir Vodolatski danışdı
Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
Ermənistan Avropa Birliyi yolunu seçərsə, bir çox ailə bir-biri ilə əlaqəsini itirəcək.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Viktor Vodolatski yerli mediaya müsahibəsində deyib.
O bildirib ki, Ermənistanla “yumşaq boşanma”nın Rusiya üçün demək olar ki, heç bir mənfi tərəfi yoxdur:
“Rusiya Ermənistana enerji resurslarını güzəştli qiymətlərlə tədarük edir ki, bu da Rusiya iqtisadiyyatına zərər vurur. Qardaş respublikaya güzəştli qiymətlərlə tədarük edilən və yerli iş adamlarına əlavə gəlir gətirən qidalar da var.
Yüz illik ortaq tariximiz ərzində ermənilərin 50 faizi Rusiya ərazisində yaşayıb. Erməni xalqı bizim üçün qardaş xalqdır. Rusiya və erməni xalqlarının dostluq münasibətlərini qoruması vacibdir, çünki bu, daimi əlaqələr və sərbəst hərəkət deməkdir”.
O əlavə edib ki, AB-yə qoşulacağı təqdirdə Ermənistan Rusiya ilə sərhədini bağlamaq məcburiyyətində qalacaq və bu da bir çox ailənin bir-biri ilə əlaqəsini itirməsinə səbəb olacaq. Eyni zamanda, o, ölkədə hələ də dövlətçilik ideyasına sadiq qalan və Rusiya ilə münasibətlərin kəsilməsinə imkan verməyəcək bir çox siyasətçinin olduğuna ümid etdiyini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 11 May 2026 14:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















