Rusiya Qazaxıstan vasitəsilə 14 milyard dollar yuyub Tokayev
Icma.az, Sia Az portalına istinadən məlumat verir.
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkənin banklarından biri vasitəsilə “qonşu ölkədən” təxminən 14 milyard dolların çıxarıldığını açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Tokayev bu fikirləri maliyyə cinayətkarlığı ilə mübarizəyə həsr olunmuş iclasda səsləndirib və The Moscow Times bu barədə məlumat yayıb.
Prezidentin sözlərinə görə, maliyyə qurumu “qonşu ölkədən” 7 trilyon tengedən (təxminən 14 milyard dollar) çox vəsaiti “yuyub” ki, bu da açıq şəkildə Rusiyaya işarədir. Tokayev bildirib ki, hüquqi, iqtisadi və hətta siyasi baxımdan bu fakt son dərəcə ciddi xarakter daşıyır və saxta maliyyə sxemləri ilə bağlı oxşar hallar hələ də qalmaqdadır.
Məqalədə qeyd olunur ki, bu açıqlama Rusiyaya qarşı sanksiyalardan sonra rusiyalıların kütləvi şəkildə uzaqdan Qazaxıstan bank kartları üçün müraciət etməsi və 2025-ci ilin sentyabrından etibarən bu sahədə nəzarətin sərtləşdirilməsi fonunda verilib. Qazaxıstan hakimiyyəti artıq bu cür sxemlərin qarşısını almaq üçün qeyri-rezidentlərə bank xidmətlərini xeyli məhdudlaşdırıb, VÖEN-lərin uzaqdan verilməsini qadağan edib və əvvəllər verilmiş bəzi nömrələri ləğv edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 29 Yanvar 2026 16:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















