Rusiya Qazaxstan sərhədində görünməmiş tıxac Minlərlə rus maşını ölkəyə buraxılmır
Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiya iş adamları və logistika şirkətləri Qazaxstan sərhədində gömrük yoxlamaları səbəbindən böyük problemlərlə üzləşib.
“AzPolitika” yerli informasiya mənbələrinə istinadla bildirir ki, 10 mindən çox yük maşını artıq ikinci ay sərhəddə dayanıb.
Problemin əsas səbəbi malların sənədlərlə uyğun gəlməməsidir. Məsələn, maşınlarda qış gödəkçələri olsa da, sənədlərdə avtomobil ehtiyat hissələri göstərilib. Uyğunsuzluq aşkarlandıqda, mallar müvəqqəti anbarlara geri göndərilir və yalnız düzgün sənədlərlə və markalanma olduqda sərhədi keçə bilir.
Bu vəziyyət iş adamları və alıcılar üçün mövsümi tədarüklərin itirilməsinə səbəb olub. Hazırda bir sıra logistika şirkətlər alternativ marşrutlar üzərində işləyir, məsələn, malları Ussuriysk və Belarus istiqamətlərindən nəql etməyə başlayıblar.
Ekspertlər bildirirlər ki, bu tıxaclar Rusiya-Qazaxstan ticarətinə və regional tədarük zəncirinə xüsusilə mövsümi məhsulların satışı zamanı mənfi təsir göstərir.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 28 Oktyabr 2025 15:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















