Rusiya Qərbin təhdidlərinə hərtərəfli cavab verəcək Putin
Metbuat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Moskva Qərbin Rusiyaya qarşı təhdidlərinə hərtərəfli cavab verəcək.
Metbuat.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Moskvada keçirilən Müdafiə Nazirliyinin Direktorlar Şurasının iclasındakı çıxışında belə deyib. İclasda Putinlə yanaşı, müdafiə naziri Andrey Belousov və digər hərbi və siyasi rəsmilər iştirak ediblər. Putin bildirib ki, dünyada hərbi və siyasi vəziyyət qeyri-sabitdir. Putin Yaxın Şərqdə və dünyanın digər yerlərində potensial münaqişələrə diqqət çəkib. Prezidentin sözlərinə görə, Qərb dünya üzərindəki hökmranlığını qorumağa çalışır və ölkələrə öz qaydalarını tətbiq etməyə yönəlmiş siyasət yürüdür. Putin ABŞ-nin Ukraynada münaqişəni davam etdirilməsini təşviq etdiyini ifadə edib.
Putin NATO-nun Rusiya sərhədlərinə yaxın bölgələrdə hərbi infrastrukturunu gücləndirdiyini xatırladıb və Avropadakı ABŞ əsgərlərinin sayının 100 mini keçdiyini qeyd edib. O, həmçinin bildirib ki, Qərb, Asiya Sakit Okean regionunda hərbi varlığını artırmaqla və orada hərbi ittifaqlar yaratmaqla regionda təhlükəsizlik balansını pozub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 16 Dekabr 2024 21:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















