Rusiya Qordonu öldürmək istəyib Plan
Axar.az saytına istinadən Icma.az xəbər verir.
Rusiya xüsusi xidmət orqanlarının sifarişi ilə bir neçə ukraynalı ictimai şəxsə sui-qəsd hazırlayan cinayətkar qrup Ukrayna hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna hüquq mühafizə orqanları məlumat yayıb.
Məlumata görə, sözügedən əməliyyata “Eniqma 2.0” adı verilib:
“Rusiya tərəfi cinayətkar qrupa Moldova və Ukrayna vətəndaşlarını cəlb edib. Rusiyalı casuslar Ukraynaya gələrək orada potensial hədəflərinin yaşayış və iş yerləri, səyahət marşrutları, qalma yerləri haqqında məlumat toplayıb, həmçinin qətlin törədilməsinin mümkün üsullarını araşdırıb. Bundan sonra onlar Rusiya xüsusi xidmət orqanlarının nümayəndələri ilə əlaqə saxlayan kuratordan təlimatlar gözləyiblər”.
Qeyd edək ki, casusların siyahısında ukraynalı jurnalist Dmitri Qordon və Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrеy Yusovun da adı olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 20 Fevral 2026 17:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















