Rusiya qoşunları Çasov Yarın mərkəzinə daxil olub
Icma.az, Bizim media saytına istinadən bildirir.
Rusiya ordusu Donbassda Çasov Yarı tamamilə ələ keçirməyə çalışır. Döyüşlər əsasən şəhərin mərkəzində gedir.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Sputnikin hərbi icmalçısı Aleksandr Xrolenko yayıb.
Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələrinin hücum qrupları Çasov Yarın cinahlarında irəliləyir. Kleşeyevka ərazisində aparılan hücum nəticəsində onlar bir kilometr yarım irəliləməyə müvəffəq olublar.
Rusiya Müdafiə Nazirliyi daha əvvəl təsdiqləyib ki, “Cənub” hərbi birləşmənin bölmələri Çasov Yar, Seversk və Slavyansk ərazilərində Ukrayna hərbçılərini məğlubiyyətə uğradıblar.
Qeyd edək ki, Ukrayna Silahlı qüvvələrinin və Baş Kəşfiyyat İdarəsinin əlahiddə bölmələri noyabrın əvvəlində şəhəri tərk ediblər.
Almaniyanın “Bild” qəzeti də Rusiya qoşunlarının Çasov Yarın mərkəzinə daxil olduğunu yazıb.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 21 Noyabr 2024 10:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















