Rusiya qoşunları Zəngəzurdan çıxarılmalıdır Rasim Musabəyov
Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
Zəngəzur dəhlizi ilə bağlı müzakirələrin intensivləşdiyi bir vaxtda diqqət Ermənistan-İran sərhədində yerləşən rus sərhədçilərinə yönəlib. Heç bir regional oyunçu bu ərazidə Rusiya hərbçilərinin qalmasını istəmir.
Rusiya sərhəd qoşunları Ermənistanın dövlət sərhədlərinin mühafizəsinə hələ 1992-ci ildə yerləşdirilib. Onlar uzun illərdir Türkiyə və İranla sərhəd xəttinə nəzarət edir. Xüsusilə Zəngəzur bölgəsində rus hərbçilərinin mövcudluğu həm təhlükəsizlik arxitekturasına, həm də siyasi balanslara təsir edən amil sayılır.
Məhz bu səbəbdən Zəngəzur dəhlizinin açılması məsələsi gündəmdə ikən rus hərbçilərinin Zəngəzur bölgəsində mövcudluğu məsələsi Ermənistanın daxili təhlükəsizlik siyasəti, həmçinin Azərbaycan, Türkiyə, İran və bütövlükdə Cənubi Qafqazda geosiyasi müzakirələrin mərkəzində dayanır.
Deputat Rasim Musabəyov mövzu ilə bağlı Modern.az-a açıqlama verib.
O bildirib ki, burada hansısa mücərrəd yol axtarmağa ehtiyac yoxdur. Deputat Rusiya hərbçilərinin Zəngəzur bölgəsindən çıxarılmalı olduğunu vurğulayıb.
“Ermənistanın sərhədlərini Ermənistan Sərhəd Qoşunları mühafizə etməlidir və bu o deməkdir ki, yaxın zamanlarda Rusiya sərhədçiləri həm Türkiyə, həm də İran sərhədlərindən uzaqlaşdırılmalıdır. O ki qaldı, Azərbaycan vətəndaşlarının yüklərinin dəhlizdən keçməyi, bu xüsusi razılaşma əsasında həllini tapmalıdır və tapacaq” - deyə Rasim Musabəyov qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 13 Sentyabr 2025 17:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















