Rusiya regionda əvvəlki imkanlarına sahib ola bilməyəcək
Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra Rusiya-Ukrayna müharibəsinin gələcək taleyi ilə bağlı artıq müəyyən fikirlər formalaşır. Tramp administrasiyası münaqişənin həlli istiqamətində konkret addımlar atmaq niyyətini ortaya qoyur. Hazırkı situasiyada qazanclı tərəf kimi Kreml önə çıxır və reallıqlara baxdıqda Ukraynanın 2014-ci ildəki sərhədlərinə qayıtmaq ehtimalı minimumdur".
Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Pərviz Mirizadə deyib. O bildirib ki, buna əsasən, razılaşma olacağı təqdirdə rəsmi Moskva ilkin mərhələdə itirdiyi resurslarını bərpa etməyə çalışacaq:
"Sonra isə beynəlxalq müstəvidə əvvəlki mövqelərinə qayıtmaq cəhdləri edəcək. Bu isə olduqca ağır və uzun bir prosesdir. Təbii ki, burada postsovet məkanı və onun bir parçası olan Cənubi Qafqaz regionu ilk sırada qərarlaşır.
Region ölkələrinin Rusiya ilə münasibətlərinin xarakteristikasına bələd olduqda Moskvanın gələcəkdə hansı tip siyasət həyata keçirmək istəyəcəyi göz önündə canlanır".
Pərviz Mirizadə hesab edir ki, Rusiya regionda əvvəlki imkanlarına sahib ola bilməyəcək:
"Çünki qlobal arenada dəyişən geosiyasi reallıqlar və yazılmaqda olan yeni dünya nizamı və yeni güc mərkəzləri Kremlin bölgə ilə bağlı ambisiyalarını minimallaşdıracaq".
Süleyman
Bu mövzuda digər xəbərlər:Ukrayna əvvəlki sərhədlərinə qayıda bilməyəcək ABŞ
12 Fevral 2025 19:33
Rusiya Avropa əlaqələri əvvəlki kimi olmayacaq
25 Avqust 2025 16:14
“Nüvədən əvvəlki” hücum: Rusiya apokalipsisə hazırlaşır
08 Oktyabr 2025 09:28
ABŞ dən mesaj: “Ukrayna əvvəlki sərhədlərini bərpa edə bilməyəcək”
11 Mart 2025 16:21
Əvvəlki Azərbaycan Rusiya münasibətləri olmayacaq Politoloqdan ŞƏRH
09 Oktyabr 2025 16:50
Baxış sayı:40
Bu xəbər 17 Fevral 2025 13:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















