Icma.az
close
up
RU
Rusiya Rumıniyada dövlət çevrilişi etmək istəyib

Rusiya Rumıniyada dövlət çevrilişi etmək istəyib

Icma.az bildirir, Reyting.az saytına əsaslanaraq.


Rumıniyada dövlət çevrilişi hazırlamaqda şübhəli bilinən şəxslər Rusiya ilə əlaqədə ittiham olunurlar. Bu cinayət işi üzrə təqsirləndirilən şəxslərdən biri 101 yaşlı generaldır.
Reyting.az
xəbər verir ki, bu barədə məlumatı Rumıniyanın Mütəşəkkil Cinayətkarlığa və Terrorizmə Qarşı Mübarizə İdarəsi (DIICOT) yayıb.
Qeyd olunur ki, Rumıniyada dövlət çevrilişinə cəhddə şübhəli bilinən altı nəfər saxlanılıb. İstintaqın nəticələrinə görə, 2023-cü ildə altı şübhəlidən beşi "bu ölkənin müdafiə qabiliyyətini zəiflətməklə", Rumıniyanın "suverenliyini və müstəqilliyini pozmaq məqsədi ilə" mütəşəkkil cinayətkar qrup yaradıb. Növbəti il isə həmin şübhəlilərə daha bir şəxs qoşulub.
İstintaq iddia edir ki, şübhəlilər casusluq fəaliyyəti ilə məşğul olub, həmçinin "həm Rumıniyada, həm də Rusiyada olan xarici dövlət orqanlarının agent şəbəkəsi ilə dəfələrlə əlaqə saxlayıblar". İstintaq zamanı müəyyən edilib ki, hətta qrupda bir general-mayorun daxil olduğu hərbi struktur da olub. Lakin digər şübhəlilər kimi onun da adı Rumıniya ictimaiyyətinə açıqlanmayıb.
Məlumatlardan belə aydın olur ki, casuslarla əlaqə quran yerli cinayətkar qrupun üzvləri özlərinə tərəfdarlar toplayandan sonra Rumıniya hakimiyyətinə və milli qrumlara, eləcə də beynəlxalq təşkilatlara müraciət şəklində təxribat xarakterli müxtəlif videoçarxları internet vasitəsilə yayıblar.
Bundan əlavə, bu şübhəlilər Rumıniyanın NATO-dan çıxması, ölkədə konstitusiya quruluşunun dəyişdirilməsi, partiyaların buraxılması, yeni hökumətin yaradılması, ölkənin adının, bayrağının, hətta dövlət himninin dəyişdirilməsi ilə bağlı dəfələrlə Rusiya təsirində olan "xarici qüvvələrlə" danışıqlar aparmağa cəhd ediblər.
Vurğulanır ki, iki şübhəli 2025-ci ilin yanvarında Moskvaya səfər edib. Məhz bu iki şəxs Rusiyanın paytaxt şəhərində qaldıqları müddətdə yaratdıqları gizli təşkilatın "Rumıniyada hakimiyyəti ələ keçirmək səylərini Rusiya tərəfindən dəstəkləməyə hazır olan" bir çox insanlarla əlaqə saxlayıblar.
"Azadlıq" radiosunun Rumıniya xidmətinə danışan mənbə bildirib ki, bu iş üzrə müttəhimlərdən biri də 101 yaşlı istefada olan general Radu Teodordur. O, saxlanılmasa da, mart ayının 5-də müstəntiqlər bu generalın evinə gəliblər.
Rumıniya Xarici İşlər Nazirliyi Rusiyanın bu ölkədəki hərbi attaşesini, həmçinin onun köməkçisini "personae non qratae" elan etdiyini açıqlayıb.
Onu da qeyd edək ki, Rumıniya Xarici İşlər Nazirliyi martın 7-də bəyan edib ki, Rusiya tərəfinin bu ölkənin daxili işlərinə qarışması, dövlət çevrilişinə cəhd etməsi tamamilə qəbuledilməzdir.
Oqtay QORÇU
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://reyting.az
archiveBu xəbər 07 Mart 2025 07:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see312

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see301

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see288

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see277

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see276

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see256

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see247

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see239

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see230

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see229

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see226

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see223

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see217

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see216

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see208

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see191

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see182

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see176

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri