Rusiya Şahəd dron hücumları üçün Belarus ərazisindən istifadə edir HHQ
Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.
Bizimyol.info xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin (HHQ) Kommunikasiya İdarəsinin rəisi Yuriy İqnat milli telemarafon efirində məlumat verib.
“Rəqib dronların uçuşları üçün Moldova, tanınmamış Dnestryanı, Rumıniya və Belarus ərazilərindən istifadə edir… Rusiya dronları hətta Ukrayna ərazisindən də keçmir, öz dronlarını zərər görmə ehtimalı olan zonalardan kənar yönləndirirlər”, – deyə o bildirib.
Hərbi Hava Qüvvələri nümayəndəsi əlavə edib ki, Belarusda, böyük ehtimalla, rusların döyüş dronlarını idarə etməsinə kömək edən şaquli stansiyalar və retranslyatorlar mövcuddur.
“Biz çox vaxt dronların bir-birinin ardınca, Belarus sərhədinə yaxın bölgələrimizdə uçduğunu müşahidə edirik. Dronların elektron mübarizəyə qarşı dayanıqlığını artırmaq, daha çox dronun uçuşunu təmin etmək üçün rəqib qonşu ölkənin dəstəyindən istifadə edə bilər ki, dronlar maneəsiz hədəfə çatsın”, – deyə İqnat əlavə edib.
Rusiya işğalçıları dron hücumlarını indi gündüz vaxtı və yüksəkdən həyata keçirirlər, çünki bu üsulla onları idarə etmək və Ukraynanın mobil atəş qruplarının qarşısını almaq daha asandır.
Həmçinin yaxın günlərdə məlum olub ki, Rusiya Belarus ərazisində uzunmənzilli dronlar üçün bazaların tikintisinə başlayıb. Bu isə Ukrayna şəhərlərinə uçuş vaxtını kəskin azaldacaq və təhlükəsizlik vəziyyətinə ciddi təsir göstərəcək.
Xüsusilə, dron operatorları bölmələrinin komandiri İqor Lutsenko Ukrayna mətbuatına açıqlamasında qeyd edib ki, yaxın gələcəkdə Ukraynada dəmir yolu ilə hər hansı yük daşımaları riskli ola bilər.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 07 Aprel 2026 13:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















