Rusiya “Şahed” dronları ilə Ukraynaya hücum edib
Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.
Rusiya qüvvələri oktyabrın 11-nə keçən gecə Ukraynaya beş istiqamətdən 116 hücum dronu ilə hücum edib.
Yeniavaz.com xəbər verir ki, “RBC-Ukrayna” bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, Ukraynanın hava hücumundan müdafiə qüvvələri 94 pilotsuz uçuş aparatını (PUA) məhv edib və ya elektron mübarizə vasitələri ilə zərərsizləşdirib. Buna baxmayaraq, ölkənin yeddi məntəqəsində zərbələr qeydə alınıb.
Məlumata görə, Rusiya ordusu hücum zamanı reaktiv mühərrikli “Şahed” və “Gerbera” tipli dronlardan, eləcə də “Parodiya” tipli pilotsuz uçuş aparatı simulyatorlarından istifadə edib.
Dronlar Rusiyanın Oryol, Kursk və Primorsko-Axtarsk bölgələrindən, həmçinin Donetsk vilayəti və işğal altındakı Krımın Qvardeyskoye bölgəsindən buraxılıb.
Ukrayna Hərbi Hava Qüvvələrinin yerli vaxtla saat 08:30-a olan ilkin məlumatına əsasən, zərərsizləşdirilən 94 drondan 74-ü “Şahed” tipli PUA olub.
Bildirilib ki, Rusiya dronlarının yeddi yerdə 10 zərbəsi qeydə alınıb. Bundan əlavə, vurulan pilotsuz uçuş aparatlarının qalıqları daha doqquz əraziyə düşüb.
Gecə saatlarında Dnepr şəhərinə edilən hücum nəticəsində dörd nəfər yaralanıb. Yaralılar arasında iki səkkiz yaşlı qız da var.
Bu mövzuda digər xəbərlər:Rusiya Ukraynaya “Şahed”lərlə hücum edib: yaralananlar var
20 Aprel 2026 09:51
Rusiya Ukraynaya hücumlar üçün Şahed təyyarələrinin sayını artırır Pletençuk
24 İyul 2026 16:06
İlk dəfə 2025 ci ildə Rusiya “Şahed”lərlə Ukraynaya hücum etmədi
01 Aprel 2025 16:18
Rusiya İran dronları ilə Ukraynaya hücum edib
14 May 2025 15:42
Baxış sayı:85
Bu xəbər 11 Oktyabr 2026 12:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















