Icma.az
close
up
RU
Rusiya savaş hazırlığının SON MƏRHƏLƏSİNDƏ Bu ölkələr hücumun HƏDƏFİNDƏDİR

Rusiya savaş hazırlığının SON MƏRHƏLƏSİNDƏ Bu ölkələr hücumun HƏDƏFİNDƏDİR

Icma.az bildirir, Bizim media portalına istinadən.

Rusiya-Ukrayna müharibəsi NATO ölkələrini də ciddi təhdid altında qoyub. Bunun nəticəsidir ki, Avropada bir sıra hərbi analitik və siyasətçilər Rusiyanın Ukrayna müharibəsinin başa çatmasından bir qədər sonra NATO-nun şərq cinahına hücum edəcəyini də proqnozlaşdırırlar.
Qeyd edək ki, daha əvvəl bu hücumun uzağı 2030-cu ilə qədər reallaşacağı iddia edilirdi.
Lakin Polşa rəsmiləri Rusiyanın gələn il üçün hücuma hazırlaşdığını elan ediblər.
Varşavanın belə qənaətə gəlməsi daha çox Rusiya təyyarələrinin Polşa sərhədlərinə yaxınlaşması və Polşa ərazisində sabotaj cəhdləri (dəmiryolu xəttində zədə) kimi insidentlərlə bağlıdır. Bu fonda bildirilir ki, Rusiyanın Baltikyanı ölkələrlə sərhədə qoşun və hərbi qüvvələr yığır. NATO isə öz tərəfindən bu regionda müdafiə mövqeyini gücləndirir.  
Artan gərginlik fonunda Ukrayna Prezidenti Volodimir Zelenskinin açıqlaması xüsusilə diqqət çəkib. Ukrayna lideri Rusiyanın 2026-cı ildə genişmiqyaslı hərbi əməliyyatları davam etdirməyi planlaşdırdığını bildirib.
“"Bu gün Moskvadan gələn il hərbi əməliyyatları davam etdirməyi planlaşdırdıqları barədə əlavə siqnallar eşitdik. Bu siqnallar yalnız bizim üçün deyil. Tərəfdaşlarımızın bunu görməsi vacibdir”.
Rusiya Prezidenti Vladimir Putinin dekabrın 17-də Müdafiə Nazirliyinin Kollegiya iclasında səsləndirdiyi fikirlər isə 2022-ci ilin yanvarındakı ritorikanı xatırladıb. Həmin dövrdə Ukraynanı nasizmdə ittiham edən, rusdilli icmanın hüquqlarını ön plana çıxaran Rusiya lideri, bu dəfə Qərbi hədəf alaraq, Avropa liderlərini “donuz balaları” adlandırıb.  Üstəlik, Putin çıxışında Baltikyanı regiondakı rusdilli əhalinin "hüquqlarının pozulması" məsələsini də gündəmə gətirib.
Proseslərin gedişi belə düşünməyə əsas verir ki, Rusiya ilə NATO arasında savaş gözləniləndən də tez başlaya bilər.
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tural İsmayılov bildirir ki, dünyanın geosiyasi xəritəsində mövcud zaman artıq diplomatik masaların deyil, hərbi poliqonların ritmi ilə ölçülür:
 

MÖVZU İLƏ BAĞLI:
Rusiya “Oreşnik”ləri Belarusda – Avropa şəhərlərinə neçə dəqiqəyə ÇATACAQ? – SİYAHI


“Polşa kəşfiyyatının və hərbi dairələrinin Rusiyanın gələn il hücuma keçə biləcəyi ilə bağlı verdiyi rəsmi bəyanatlar, illərdir Qərb analitik mərkəzlərində hakim olan "2030-cu ilə qədər vaxtımız var" illüziyasını darmadağın etdi. Bu gün Baltikyanı ölkələrlə sərhədə qoşunların toplanması və Moskvanın hərbi ritorikasının kəskinləşməsi göstərir ki, Avropa artıq sülh dövründə deyil, "müharibəöncəsi" (pre-war) mərhələnin tam mərkəzindədir”.
Hərbi əməliyyat üçün hazırlıqlar
 

Ekspert qeyd edir ki, Putinin son açıqlamaları, xüsusən də Baltikyanı regiondakı rusdilli əhalinin "hüquqlarının pozulması" və "tarixi ədalət" mövzusundakı çıxışları, 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı müdaxilədən əvvəl səslənən bəyanatlarla tam simmetriya təşkil edir:


“Bu, sadəcə təsadüfi bənzərlik deyil, Kreml tərəfindən hərbi əməliyyat üçün lazımi ideoloji və psixoloji bazanın artıq hazırlandığının göstəricisidir. Politoloji nöqteyi-nəzərdən biz "münaqişənin dondurulması" deyil, "münaqişə coğrafiyasının genişlənməsi" ssenarisini müşahidə edirik”.
Həmsöhbətimiz bildirir ki, Suvalki dəhlizi və Baltikyanı sərhədlər boyu hərbi texnikanın dislokasiyası Moskvanın NATO-nun 5-ci maddəsini sınağa çəkmək və ittifaqın daxili birliyini sarsıtmaq üçün hərbi hazırlıqlarını praktiki olaraq tamamladığına işarədir:
“Əvvəllər beynəlxalq ekspertlərin mümkün toqquşma üçün 2030-cu ili hədəf seçməsi Rusiyanın hərbi-sənaye potensialının bərpası üçün zamana ehtiyac duyacağı fərziyyəsinə əsaslanırdı. Lakin Rusiya iqtisadiyyatının sürətlə "hərbi relslər" üzərinə keçməsi, Şimali Koreya və İran kimi müttəfiqlərin hərbi yardımları, Moskvanın bərpa müddətini dramatik şəkildə qısaldıb.
Bu nöqteyi-nəzərdən, 2026-ci ıl Rusiya üçün "ən zəif həlqəyə" zərbə endirmək baxımından ən optimal zaman kəsiyi kimi görünür. Suvalki dəhlizi və Baltikyanı sərhədlər boyu hərbi texnikanın dislokasiyası göstərir ki, Moskva NATO-nun 5-ci maddəsini sınağa çəkmək və ittifaqın daxili birliyini sarsıtmaq üçün hərbi hazırlıqlarını praktiki olaraq tamamlayıb”.
Putin NATO-nu 1997-ci il sərhədinə doğru geri çəkmək istəyir.
Politoloqun fikrincə, Polşanın bu qədər erkən həyəcan təbili çalması, əslində Qərb dünyasını strateji lənglikdən qurtarmaq və "kollektiv rezilyansı" (dözümlülüyü) artırmaq cəhdidir:
“Təcavüzkar tərəf üçün ən böyük stimul rəqibin dağınıqlığı və tərəddüdüdür. Putinin "tarixi sərhədlər" ambissiyası artıq Ukrayna ilə məhdudlaşmır. O, NATO-nun 1997-ci il sərhədlərinə çəkilməsi tələbini hərbi güc tətbiqi ilə reallaşdırmaq istəyir. Əgər əvvəllər savaşın onilliyin sonunda başlayacağı ehtimal edilirdisə, bu gün reallıq odur ki, savaşın qarşısını almaq üçün vaxt artıq aylarla ölçülür.
 

Qərbin Ukraynaya dəstəkdə nümayiş etdirdiyi yorğunluq əlamətləri Kreml üçün bir dəvətnamə rolunu oynayır. Nəticə etibarilə, biz böyük bir tarixi kəsişmədəyik. Ya Avropa öz təhlükəsizlik arxitekturasını yenidən və daha sərt şəkildə inşa edəcək, ya da İkinci Dünya Müharibəsindən bəri müşahidə olunmayan ən böyük geosiyasi fəlakətin şahidi olacaq”.


Bütün deyilənlərə əsasən də T. İsmayılov düşünür ki, Qərblə Rusiya arasında savaş artıq qaçılmaz bir proqnoz deyil, masada duran və hər an icrasına başlanıla biləcək bir plandır:
“Bu təhlükə fonunda xalq və dövlət birliyinin təmin olunması, milli güc faktorlarının səfərbər edilməsi yalnız Polşa və ya Baltikyanı üçün deyil, bütün Avrasiya məkanı üçün həlledici əhəmiyyət kəsb edir”.
Rüfət Sultan, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://bizim.media
archiveBu xəbər 19 Dekabr 2025 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see640

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see272

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see245

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see229

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see215

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see194

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see188

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see184

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see177

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see171

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see164

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see160

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see151

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see150

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see145

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see141

“Qarabağ”ın qapıçısı Çempionlar Liqasında ilk “10 luq”da yer alıb

01 Fevral 2026 08:37see139

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see138

İsrailin Qəzzanı tamamilə ələ keçirmək planı qüvvədədir ŞƏRH

01 Fevral 2026 09:35see138

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri