Icma.az
close
up
RU
Rusiya savaşı dayandırmaq imkanlarını itirməyə başlayıb

Rusiya savaşı dayandırmaq imkanlarını itirməyə başlayıb

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiya və Ukrayna sərhədində təhlükəsizlik zonasının yaradılması barədə qərar qəbul edilib, Rusiya qoşunları bu məsələni həll edir. Bu barədə Rusiya Prezidenti Vladimir Putin hökumət üzvləri ilə operativ müşavirədə bildirib.

Təhlükəsizlik zonasının yaradılması müharibənin gedişatına necə təsir göstərəcək?

Redaktor.az-a danışan politoloq Elçin Xalidbəyli bildirdi ki, Rusiyanın Ukrayna ərazisində təhlükəsizlik zonası yaratmaq niyyətinə düşməyi olduqca yolverilməz bir davranışdır:

"Çünki savaş sona çatmayıb, yekun sərhədləri və yaxud yekun qoşunların təmas xəttinin haradan keçəcəyi hələlik məlum deyil. Digər tərəfdən, ABŞ və Qərb Ukraynaya hərbi dəstəyi bərpa ediblər və Ukraynanın savaşı davam etdirmək imkanı, potensialı artmağa başlayıb. Bu baxımdan hələ savaş sonlanmayıb. Belə başa düşülür ki, Rusiya savaşı dayandırmaq imkanlarını itirməyə başlayıb. Buna görə də təhlükəsizlik zonası haqqında düşünmək məcburiyyətindədir. Halbuki təhlükəsizlik zonası o halda ola bilər ki, hər iki tərəf atəşkəs rejimini qəbul eləsin və bu atəşkəs rejiminə riayət etməklə yanaşı qoşunların təmas xətti dəqiqləşmiş olsun".

Siyasi şərhçinin sözlərinə görə, savaşın davam etdiyi şəraitdə belə bir addımın atılması hərbi-siyasi avantüradan başqa bir şey deyil.

"Ukrayna savaşının ən ədalətli həlli və ən normal təhlükəsizlik zonası o ola bilərdi ki, Rusiya öz qoşunlarını Ukraynanın suveren ərazilərindən çıxaraydı, bununla da savaş bitmiş olardı. Bu halda hər iki tərəf arasında real təhlükəsizlik zonası yaranmış olardı. Belə vəziyyətdə isə Rusiyanın təktərəfli təhlükəsizlik zonası yaratmaq niyyətləri, bunu da Rusiya qoşunları vasitəsilə yerinə yetirməyə cəhd göstərməsi, beynəlxalq hüquq normalarına ziddir. Eyni zamanda Ukraynanın ərazi bütövlüyünə, onun suveren hüquqlarına qəsd anlamı daşıyır. Böyük ehtimalla Rusiyanın bu addımı reallaşmaya da bilər. Hər halda, savaşın davam etdiyi şəraitdə belə bir təhlükəsizlik zonasının yaradılması o qədər də inandırıcı görünmür", - deyə Xalidbəyli qeyd etdi.

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 29 May 2025 19:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri