Icma.az
close
up
RU
Rusiya seçkilərə belə müdaxilə edib

Rusiya seçkilərə belə müdaxilə edib

Icma.az, Modern.az saytına istinadən bildirir.

Beynəlxalq Respublikaçılar İnstitutu (IRI) Ermənistanda keçirilən parlament seçkilərinə Rusiyanın təsir cəhdlərinin müşahidə olunduğunu açıqlayıb.

Modern.az xəbər verir ki, bu barədə təşkilatın nümayəndələri iyunun 8-də İrəvanda keçirilən mətbuat konfransında ilkin hesabatı təqdim edərkən bildiriblər. Qeyd olunub ki, daha ətraflı hesabat iki ay ərzində açıqlanacaq.

Təşkilat seçkiləri ümumilikdə ədalətli qiymətləndirib. Monitorinq prosesində 7 ölkədən olan 23 nümayəndə iştirak edib. Onlar Ermənistanın 8 vilayətində yerləşən 17 icmada müşahidələr aparıb və 107 seçki məntəqəsinə baş çəkiblər.

IRI nümayəndələri sistemli xarakter daşıyan pozuntular qeydə almadıqlarını, səsvermə və səslərin hesablanması prosesinin etibarlı olduğunu bildiriblər. Bununla yanaşı, təşkilat seçki kampaniyasının yüksək siyasi qütbləşmə şəraitində keçdiyini vurğulayıb.

Müşahidələrin nəticələrinə əsasən institut 11 tövsiyə təqdim edib. Tövsiyələr arasında Ermənistan hakimiyyətinə maliyyə axınlarına, o cümlədən beynəlxalq maliyyə kanallarına nəzarətin gücləndirilməsi, seçici satınalmasına görə cəzaların sərtləşdirilməsi, partiya və blokların maliyyə dövriyyəsinə nəzarətin artırılması və kibertəhlükəsizlik tədbirlərinin gücləndirilməsi yer alıb.

Təşkilat həmçinin Mərkəzi Seçki Komissiyası və hüquq-mühafizə orqanlarını inzibati resurslardan istifadə və təzyiq halları ilə bağlı məlumatları daha fəal araşdırmağa çağırıb.

IRI nümayəndələrinin sözlərinə görə, Rusiyadan birbaşa təsir cəhdəri, o cümlədən sanksiya təhdidləri müşahidə olunub. Bundan əlavə, seçicilərə təzyiq, sülhlə bağlı mövzularda dezinformasiya, saxta məlumat axınları, bot və süni intellekt vasitələrindən istifadə, manipulyasiya, fişinq hücumları, eləcə də Ermənistan MSK və digər dövlət qurumlarının saytlarına qarşı kiberhücumlar qeydə alınıb.

Buna baxmayaraq, təşkilat nümayəndələri Ermənistanın demokratik seçim etdiyini və Avropa istiqamətli kurs nümayiş etdirdiyini bildiriblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 İyun 2026 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Elm və din üz üzə qoyulmamalıdır” TURAL İRFAN

08 Sentyabr 2026 14:20see421

Bakıda bu evlər söküldü

07 Sentyabr 2026 15:21see275

Şəkili tibb işçisi: Əməkhaqqı artımı dövlətin səhiyyə işçilərinə göstərdiyi diqqətin bariz nümunəsidir VİDEO

07 Sentyabr 2026 15:16see274

Agentlik rəhbəri: Enerji sistemində tələbatın artımı ciddi məsələdir

07 Sentyabr 2026 17:10see262

Səudiyyə Ərəbistanında Qlobal Səhiyyə Sərgisi keçiriləcək

07 Sentyabr 2026 15:42see261

Payızda nələrə baxmaq lazımdır: Yağışlı bir axşam üçün ən yaxşı 3 film

07 Sentyabr 2026 15:46see255

Əhali azalır, robotlar artır: Natiq Cəfərli gələcəklə bağlı PROQNOZ VERDİ

07 Sentyabr 2026 19:14see245

AMB: Azərbaycanda daxili karbon bazarının yaradılması üçün infrastruktura indidən başlanılmalıdır

07 Sentyabr 2026 16:09see242

ABŞ də daha heç bir Bombardier satışı olmasın Trampdan çağırış

08 Sentyabr 2026 00:46see235

İşlə təmin olunan əlilliyi olan şəxslərin sayı AÇIQLANDI RƏSMİ/ÖZƏL

07 Sentyabr 2026 17:11see234

AFFA prezidenti “Qarabağ”ı təbrik etdi

08 Sentyabr 2026 01:02see233

2 günə 5 kilo arıqlamaq mümkündür? Dietoloq açıqladı

07 Sentyabr 2026 20:58see227

90 min yox, 180 min manat Kompensasiya ilə bağlı YENİ TƏKLİF

07 Sentyabr 2026 20:21see219

Sabiq Qarabağ lı Türkiyədə qalmaqala səbəb oldu

08 Sentyabr 2026 00:48see217

Milli Qəhrəman Mübariz İbrahimovun ev muzeyi təmir olunacaq

07 Sentyabr 2026 18:40see216

Merih Demiralın ailəsində böhran? Həyat yoldaşının bir hərəkəti diqqət çəkdi

08 Sentyabr 2026 02:36see215

Düyü, kartof və makaronu soyuq yeyin Səbəb

08 Sentyabr 2026 02:10see196

Ölkədə neçə uşaq valideynlərindən biri ilə yaşayır? STATİSTİKA

07 Sentyabr 2026 19:44see194

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

08 Sentyabr 2026 18:47see189

Lerikdə 14 kq narkotik aşkarlanıb

08 Sentyabr 2026 02:36see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri