Rusiya səfiri Fransa XİN ə dəvət edildi
Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Fransa Xarici İşlər Nazirliyi Rusiyanın Avropanın bir sıra ölkələrinə qarşı həyata keçirdiyi iddia olunan genişmiqyaslı kibercasusluq kampaniyası ilə əlaqədar Rusiyanın Parisdəki səfirini nazirliyə çağırmağı planlaşdırır.
Bakıvaxtı.az xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barro BFM TV-yə müsahibəsində deyib.
Nazir bildirib ki, Fransa Rusiyanın təxminən 10 Avropa ölkəsinə qarşı sabotaj və casusluq məqsədi daşıyan genişmiqyaslı kibertəhdid kampaniyasını qətiyyətlə pisləyir.
Jan-Noel Barronun sözlərinə görə, yaxın günlərdə Rusiyanın Fransadakı səfiri Xarici İşlər Nazirliyinə çağırılacaq. O, həmçinin bildirib ki, Rusiyanın Federal Təhlükəsizlik Xidməti tərəfindən təşkil edildiyi iddia olunan bu kiberkampaniyada iştirak edən 9 fiziki şəxs və 4 təşkilata qarşı sanksiyalar elan ediləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 13 İyul 2026 12:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















