Icma.az
close
up
RU
Rusiya səfiri Medvedevin bəyanatlarını ciddi qəbul etməməyi tövsiyə edib

Rusiya səfiri Medvedevin bəyanatlarını ciddi qəbul etməməyi tövsiyə edib

Icma.az xəbər verir, Ayna saytına əsaslanaraq.

“Rusiya Təhlükəsizlik Şurasının sədr müavininin xarici siyasətlə bağlı bəyanatları ölkə rəhbərliyinin rəsmi mövqeyini əks etdirmir”

“Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin xarici siyasətlə bağlı bəyanatları ölkə rəhbərliyinin rəsmi mövqeyini əks etdirmir”. AYNA xəbər verir ki, bu sözləri Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin BBC-yə müsahibəsində deyib.

“Yalnız üç nəfərin ölkəmiz adından rəsmi çıxış etmək hüququ var: Prezident, Xarici İşlər Nazirliyinin rəhbəri və mətbuat katibinin”, - diplomat vurğulayıb.

Kelinin fikrincə, Təhlükəsizlik Şurası sədrinin müavininin beynəlxalq gündəmlə bağlı açıqlamaları şəxsi rəy kimi qəbul edilməlidir: “Medvedev əslində nə düşündüyünü deyir. Amma o, bunu şəxsi vətəndaş kimi düşünür. O, bunu bir məmur kimi demir”.

Qeyd edək ki, Ukraynanın işğalından sonra Təhlükəsizlik Şurasının sədr müavini Kremlin nüvə ritorikasının əsas ruporuna çevrilib. O, mütəmadi olaraq Qərbi Üçüncü Dünya müharibəsi ilə hədələyir və Rusiyanın mövcudluğuna təhlükə yaranarsa, bütün sivilizasiyanın məhv olacağını deyir. Medvedev Ukraynaya qoşun yeridəcəkləri təqdirdə Vaşinqton, Paris və Londona nüvə zərbəsi endirəcəyini vəd edib.

Bu arada, Qərb Medvedevi ciddi qəbul etmir. Məsələn, Avropa İttifaqında Rusiyanın keçmiş Prezidentinin psixi problemləri olduğuna inanırlar. Avropa İttifaqının xarici siyasət sözçüsü Peter Stano bildirib ki, Medvedev “həmişə iki nömrəli” olduğu üçün “açıq şəkildə danışmaqla diqqəti cəlb etməyə çalışır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://ayna.az
archiveBu xəbər 19 Noyabr 2024 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see333

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see316

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see275

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see271

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see259

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see254

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see251

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see241

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see240

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see235

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see218

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see217

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see215

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see208

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see203

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see199

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see190

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri