Rusiya səmasında yüzlərlə PUA məhv EDİLDİ
Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rusiyada ötən gecə Ukrayna Silahlı Qüvvələrinə məxsus yüzlərlə pilotsuz uçuş aparatının (PUA) hücumunun qarşısı alınıb.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hava hücumundan müdafiə qüvvələri 19 aprel saat 20:00-dan 20 aprel saat 07:00-dək ölkə ərazisi üzərində ümumilikdə 112 PUA-nı aşkarlayıb və məhv edib. Nazirliyin məlumatına görə, pilotsuz aparatların hücumları Rusiyanın yeddi regionunu əhatə edib.
PUA-lar əsasən Həştərxan, Bryansk, Voronej, eləcə də Kaluqa və Kursk vilayətləri üzərində zərərsizləşdirilib. Bundan əlavə, Ukrayna qüvvələrinin Krasnodar diyarı və Krım istiqamətində də hücum cəhdləri qeydə alınıb. Həmçinin Azov və Qara dəniz akvatoriyalarında da pilotsuz aparatların vurulduğu bildirilir.
NURİYYƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:196
Bu xəbər 20 Aprel 2026 08:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















