“Rusiya Şimali Koreyaya yeni nüvə silahı yaratmaqda kömək edib”
Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri, general Cin En Sun bəyan edib ki, Şimali Koreya yeni növ qitələrarası ballistik raketinin hazırlanmasında Rusiyadan texnoloji dəstək ala bilər.
KONKRET.az xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb.
Generalın sözlərinə görə, iddialar KXDR-in son hərbi paradında nümayiş etdirdiyi “Hwasong-20” raketindən sonra gündəmə gəlib. Pxenyan həmin raketi “ən güclü strateji nüvə silah sistemi” kimi təqdim edib.
Mütəxəssislər bildirirlər ki, yeni “Hwasong-20” raketi əvvəlki “Hwasong-19” modelindən xeyli fərqlənir. Bu fərqlər isə Şimali Koreyanın Rusiya ilə hərbi əməkdaşlığını daha da gücləndirdiyi və Moskvanın Pxenyana uzaqmənzilli raket texnologiyası sahəsində yardım göstərdiyi barədə ehtimalları gücləndirib.
Müşviq Tofiqoğlu
KONKRET.az


