Icma.az
close
up
RU
Rusiya şirkətləri borc bataqlığında Dövlət dəstəyi tükənir

Rusiya şirkətləri borc bataqlığında Dövlət dəstəyi tükənir

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiyanın ən böyük şirkətləri maliyyə sabitliyini itirmək ərəfəsindədir, hökumətin onları dəstəkləmək imkanları isə demək olar ki, tükənib. 

Bu barədə The Moscow Times nəşri məlumat yayıb.

Rusiya iqtisadi inkişaf naziri Maksim Reşetnikov plenar iclas zamanı bildirib ki, bir çox şirkətlər yaxın aylarda maliyyə çətinlikləri ilə üzləşə bilər, buna görə də borcların restrukturizasiyası mexanizmlərinin yenidən tənzimlənməsi vacibdir.

“Bəzi şirkətlər artıq maliyyə sabitliyini saxlamaqda çətinlik çəkir. Odur ki, borc restrukturizasiyası proseslərini daha çevik şəkildə nizamlamaq bizim üçün vacib məsələdir”, – deyə Reşetnikov vurğulayıb.

Nazirin sözlərinə görə, Rusiyada biznes üçün borcların ödənilməsi kəskin dərəcədə bahalaşıb, çünki Mərkəzi Bankın faiz dərəcələri son illərin ən yüksək səviyyəsinə çatıb.

Hazırda Rusiya şirkətləri qazandıqları mənfəətin 36 faizini yalnız borc faizlərinin ödənilməsinə xərcləyir. Eyni zamanda, gəlirlər azalır, rentabellik isə pandemiya dövrünün ən aşağı səviyyələrinə enib. Keçmişdə rus şirkətləri xaricdən aşağı faizlə kredit götürə bilirdilər. Lakin sanksiyalar və maliyyə təcridi səbəbindən son illər borclar milliləşdirilib, yəni rubl ilə verilən kreditlərə çevrilib. Bu isə Mərkəzi Bankın əsas faiz dərəcəsinin artması fonunda borcun maya dəyərini kəskin yüksəldib.

Ekspertlərin hesablamalarına görə, hazırda Rusiya iqtisadiyyatında yaranan ümumi gəlirin 24%-i iflas riski ilə üz-üzə olan şirkətlərə məxsusdur. 2026-cı ildə bu göstəricinin 32,5%-ə yüksələcəyi və pandemiya dövrünü belə geridə qoyacağı proqnozlaşdırılır.

Məlumata görə, müharibənin başlanğıcından bəri Rusiya bankları hüquqi şəxslərə 34 trilyon rubl (təxminən ÜDM-in 17%-i) həcmində yeni kreditlər verib. 2025-ci ilin iyununa olan məlumata əsasən, şirkətlərin bank sisteminə ümumi borcu 86,2 trilyon rubla çatıb, bu isə 2022-ci illə müqayisədə 65% artım deməkdir.

Mərkəzi Bankın yüksək faiz siyasəti nəticəsində şirkətlərin çoxu artıq ödənişlərini yerinə yetirə bilmir. Bank sektoru nümayəndələri yaxın 12 ayda tammiqyaslı maliyyə böhranı ehtimalından ciddi narahatdırlar.

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:87
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 17 Oktyabr 2025 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see164

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see158

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see153

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see140

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see137

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri