Icma.az
close
up
RU
Rusiya siyasi sistemində Putinin sözünü kimlər eşitmir?

Rusiya siyasi sistemində Putinin sözünü kimlər eşitmir?

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

2025-ci ilin dekabrında Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan AZAL-a məxsus mülki təyyarə ilə bağlı Kremlə yaxın strukturların son addımları Rusiyanın bu faciəyə görə məsuliyyətdən yayınmaq niyyətini bir daha açıq şəkildə ortaya qoyur. Rusiya Federasiyasının İstintaq Komitəsinin guya “əlverişsiz hava şəraiti” arqumenti ilə cinayət işinə xitam verməsi Moskvanın hadisəni ört-basdır etmək üçün seçdiyi klassik taktikanın davamıdır.

Rusiya İstintaq Komitəsinin Azərbaycan Baş Prokurorluğuna ünvanlandığı məktubun məzmunu təkcə beynəlxalq hüquqa deyil, həm də Rusiyaya qarşı açıq hörmətsizlik deməkdir.

Rusiya tərəfinin iddia etdiyi kimi, hadisənin səbəbi hava şəraiti deyil. Mövcud faktlar və texniki sübutlar göstərir ki, AZAL-a məxsus təyyarə Rusiya Silahlı Qüvvələrinə aid “Pantsir-S1” hava hücumundan müdafiə sisteminin fəaliyyəti nəticəsində zədələnib və məhz bundan sonra Aktau yaxınlığında qəzaya uğrayıb.

Bu, artıq mübahisə predmeti deyil. Hətta Rusiya prezidenti Vladimir Putin özü 9 oktyabrda Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində bu faktı dolayısı ilə etiraf edib və Azərbaycan Prezidentindən üzr istəyib. O, açıq şəkildə bildirib ki, AZAL-ın mülki təyyarəsi Rusiya HHM sistemlərinin işi nəticəsində qəzaya uğrayıb və “nə lazımdırsa, onu etməyə” hazır olduqlarını bəyan edib.

Lakin “nə lazımdırsa” demək, ilk növbədə cinayətkarların müəyyən edilməsi, məsul şəxslərin cəzalandırılması, rəsmi etiraf, kompensasiyanın ödənilməsi deməkdir.

Cinayət işinə xitam verilməsi isə bu sözlərin faktiki olaraq boş bəyanat olduğunu göstərir.

Ortaya çıxan paradoks ondan ibarətdir ki, Rusiya prezidentinin etirafı ilə Rusiya İstintaq Komitəsinin qərarı bir-birinə ziddir. Bu isə çox təhlükəli bir sualı gündəmə gətirir: Rusiya siyasi sistemində Putinin sözünü kimlər eşitmir və ya eşitmək istəmir?

Demək Kremlin daxilində ya məsuliyyətdən yayınmaq üçün şüurlu sabotaj var, ya da dövlətin ali siyasi qərarları hüquq-mühafizə strukturları tərəfindən icra edilmir. Bu, Rusiyanın dövlət idarəçiliyi baxımından ciddi böhran göstəricisidir.

Rusiya ilk gündən AZAL təyyarəsi ilə bağlı məsuliyyəti üzərindən atmaq üçün müxtəlif ssenarilər dövriyyəyə buraxıb. “Texniki nasazlıq”, “hava şəraiti”, “pilot səhvi” kimi versiyalar bunun açıq sübutudur. Lakin Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi nəticəsində bu cəhdlər qısa müddətdə ifşa olundu.

Putinin Azərbaycan prezidentindən üzr istəməsi də faktiki olaraq məsuliyyətin qəbul edilməsi idi. Amma görünən odur ki, Moskva üzr istəməklə prosesi bağlamaq istəyir, hüquqi və siyasi nəticələrdən yayınmağa çalışır. Bu yanaşma Bakı üçün qəbuledilməzdir.

Azərbaycan Prezidenti dəfələrlə açıq şəkildə bəyan edib:

“Azərbaycan heç kimə baş əyməyib. Bizə təzyiq etmək üçün heç kimin əlində heç bir vasitə yoxdur”.

Bu mesaj birbaşa Moskvaya da ünvanlanıb. Rusiya anlamalıdır ki, zaman udmaqla, məsuliyyəti ört-basdır etməklə nəticədən qaçmaq mümkün olmayacaq. Bakı gec-tez AZAL təyyarəsini vuranların müəyyən edilməsinə, cəzalandırılmasına və faciəyə görə kompensasiyanın ödənilməsinə nail olacaq.

Bu, artıq təkcə hüquqi məsələ deyil, dövlət nüfuzu məsələsidir.

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan regionda yeni reallıqlar yaradıb. Bu reallıqlar Avrasiya məkanında köhnə təsir mexanizmlərini sarsıdıb. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu qələbə “bir çox siyasi layları yerindən oynadıb”.

Kremlin Bakının müstəqil siyasətini, artan nüfuzunu və öz maraqlarını diktə etmədən həyata keçirməsini həzm edə bilməməsi də məhz buradan qaynaqlanır. AZAL məsələsi üzərindən aparılan bu oyunlar da həmin narahatlığın tərkib hissəsidir.

Prezident İlham Əliyevin son müsahibəsində verdiyi mesaj son dərəcə aydındır:

“Biz kobudluğa, həyasızlığa və diktə cəhdlərinə dözməyəcəyik”.

Azərbaycanla yalnız beynəlxalq hüquq çərçivəsində, bərabərhüquqlu münasibətlər mümkündür. Qalan bütün üsullar nəticəsizdir və vaxt itkisidir.

Moskva bunu nə qədər tez anlayıb. Günahkarları cəzalandırsa, rəsmi məsuliyyəti üzərinə götürsə, kompensasiyanı ödəsə daha yaxşı olar. Əks halda bu məsələ Rusiya üçün daha ağır siyasi və hüquqi nəticələr doğuracaq.

Azərbaycan bu oyunları çox görüb. Və hər dəfə də oyunu öz xeyrinə çevirə bilib. Bu dəfə də istisna olmayacaq.

Mürtəza

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://olke.az
archiveBu xəbər 08 Yanvar 2026 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see724

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see205

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see202

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see191

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see190

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see166

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see159

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see153

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see149

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see144

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see144

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see141

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see136

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri