Icma.az
close
up
RU
Rusiya son günlərdə Ukraynanın qaz hasilatının 60 faizini məhv edib

Rusiya son günlərdə Ukraynanın qaz hasilatının 60 faizini məhv edib

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

Son günlər Rusiya tərəfindən Xarkov və Poltava vilayətlərinə endirilən zərbələr nəticəsində Ukraynanın qaz hasilatı gücünün təxminən 60 faizi sıradan çıxıb.

Bizimyol.info xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Qaz hasilatında yaranan itkilər Kiyevi qarşıdan gələn qış mövsümünü keçmək üçün xaricdən təxminən 1,9 milyard avro dəyərində yanacaq almağa məcbur edir.

Agentliyin mənbələrinə əsasən, 3 oktyabr tarixində baş verən hücumlar, ölkənin daxili tələbatını tam şəkildə ödəməyə qadir olan qaz infrastrukturuna ciddi ziyan vurub. Ukrayna tərəfdaş ölkələri xəbərdar edib ki, əgər zərbələr davam edərsə, təxminən 4,4 milyard kubmetr qaz idxalına ehtiyac yaranacaq ki, bu da ölkənin illik istehlakının təxminən 20 faizini təşkil edir.

Hücumlardan sonra Kiyev “Böyük yeddilik” (G7) ölkələrinə müraciət edərək enerji sisteminin bərpası üçün avadanlıq və əlavə hava hücumundan müdafiə sistemləri tələb edib. Eyni zamanda Ukrayna qaz idxalını maliyyələşdirmək üçün də beynəlxalq maliyyə dəstəyinə ümid edir.

Ukrayna 2025-ci ilin əvvəlindən etibarən artıq 4,58 milyard kubmetr qaz alıb, lakin mövcud şəraitdə bu rəqəmin 5,8 milyard kubmetrə qədər artacağı proqnozlaşdırılır. Energetika naziri Svetlana Qrinçukun sözlərinə görə, qaz idxalının həcmi zədələnmiş infrastrukturun bərpa sürətindən asılı olacaq.

Agentliyin məlumatlı mənbələrinin bildirdiyinə görə, Ukraynanın enerji sistemindəki təcili bərpa işlərinin dəyəri təqribən 758 milyon avro həcmində qiymətləndirilir.

“Ukrayna ötən qışlarda generatorlar və vətəndaşlara göstərilən yardım hesabına vəziyyətdən çıxmağı bacarsa da, son hücumların fəsadlarının bu qış bitənədək aradan qaldırılmasının mümkün olmaması ilə bağlı narahatlıq artır”, – deyə nəşr yazır.

Bu arada “Naftoqaz” şirkəti G7 ölkələrinin nümayəndələri, Beynəlxalq Valyuta Fondu (BVF) və Avropa maliyyə institutları ilə danışıqlar apardığını bildirib. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və Avropa İnvestisiya Bankı (AİB) Ukraynaya təcili qaz alışları üçün əlavə maliyyə dəstəyi ayırmaq imkanlarını nəzərdən keçirirlər.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:78
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 09 Oktyabr 2025 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri