Rusiya son qərarını verdi “Müharibə bu şərtlə dayandırılacaq”
Icma.az, Teleqraf.com saytına istinadən bildirir.
Ukrayna Rusiya Prezidenti Vladimir Putinin irəli sürdüyü şərtlərlə razılaşana qədər mübarizə davam etdiriləcək.
Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı iclasında deyib.
Diplomat Ukrayna Prezidenti Volodimir Zelenskinin amerikalı və fransalı həmkarları Donald Tramp və Emmanuel Makronla görüşündə müzakirə edilən müharibənin dondurulması ssenarisinin Kreml üçün qəbuledilməz olduğunu bildirib. Onun sözlərinə görə, istənilən sülh təşəbbüsü Ukraynaya döyüş meydanında fasilə və yenidən silahlanma üçün vaxt verəcək.
Nebenzya, həmçinin NATO-nun müharibənin həllinə cəlb olunması ideyasını kəskin şəkildə rədd edib.
“Rusiya danışıqlara hazırdır, ancaq reallığı qəbul etməyə və müharibəni bitirməyə hazır olanlarla”, - Rusiya rəsmisi vurğulayıb.
Xatırladaq ki, Putin bundan əvvəl Ukraynanın Donetsk, Luqansk, Zaporoje və Xerson vilayətlərindən, həmçinin NATO-ya üzvlük məqsədindən imtina edəcəyi təqdirdə, Rusiyanın atəşi dayandıracağını və danışıqlara gedəcəyini bəyan etmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 17 Dekabr 2024 11:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















