Rusiya sondan ikincidir yalnız Şimali Koreyanı qabaqlayır
Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İnternet məkanında azad mühitlə bağlı yeni reytinqlərdə Rusiyanın vəziyyəti diqqət çəkib.
Bakupost.az xəbər verir ki, Cloudwards analitik platformasının 154 ölkə üzrə hazırladığı reytinqə əsasən, Rusiya internet azadlığına görə sondan ikinci yeri tutub və yalnız Şimali Koreyanı qabaqlayıb.
Məlumata görə, Rusiya 100 baldan cəmi 4 bal toplayıb. Siyahıda onunla yanaşı Çin, İran və Pakistan kimi ölkələr də aşağı sıralarda yer alıb. Ən yüksək nəticəni isə İslandiya, Norveç, Finlandiya və Yeni Zelandiya göstərib.
Qiymətləndirmə zamanı onlayn senzura səviyyəsi, kontentə çıxış imkanları (o cümlədən torrentlər və böyüklər üçün materiallar), həmçinin VPN istifadəsi kimi meyarlar nəzərə alınıb. Aşağı bal toplayan ölkələrdə X, YouTube və TikTok kimi beynəlxalq platformalara məhdudiyyətlərin tətbiq olunduğu qeyd edilir.
Eyni zamanda, Rusiyada internet üzərində nəzarətin daha da gücləndirilməsi istiqamətində addımlar müzakirə olunur. RBK-nın məlumatına görə, Rəqəmsal İnkişaf Nazirliyi IT şirkətlərinə istifadəçilərin cihazlarında VPN-ləri trafik və IP analizləri vasitəsilə aşkar etməyi təklif edib.
Qeyd olunur ki, bu cür nəzarət mexanizmləri iPhone cihazlarında iOS təhlükəsizlik siyasətinə görə məhdud şəkildə işləyə bilir.
Bundan başqa, ölkədə rəqəmsal xidmətlərin tənzimlənməsi də sərtləşdirilə bilər. İctimai Palatada Telegram-la bağlı mümkün hüquqi pozuntular, o cümlədən lisenziyasız kriptocüzdan fəaliyyəti müzakirə olunur. Eyni zamanda, bəzi xidmətlər üçün “Gosuslugi” sistemi vasitəsilə məcburi identifikasiya tətbiqinin mümkünlüyü də nəzərdən keçirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:168
Bu xəbər 07 Aprel 2026 09:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















