Rusiya sülh masasında üstünlük qazandı? ABŞ nəşri görüş barədə yazdı
GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiya-Ukrayna danışıqlarından ciddi nəticə gözlənilmirdi.
Globalinfo.az bu barədə ABŞ-ın nüfuzlu “The New York Times” qəzeti yazır. Nəşr İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqlarını Rusiya rəhbərliyi üçün taktiki qələbə kimi dəyərləndirib.
Qeyd olunur ki, ABŞ Prezidenti Donald Tramp da əvvəlcə prosesə dəstək versə də, sonradan gözləntiləri aşağı salaraq danışıqların atəşkəslə nəticələnməyəcəyini bəyan etmişdi. Görüş Ukrayna və onun demək olar ki, bütün Qərb tərəfdarlarının təkid etdiyi atəşkəs barədə razılıq olmadan baş tutdu. Bu isə Rusiya Prezidenti Vladimir Putin üçün taktiki üstünlük hesab olunur.
Bununla belə, “NYT” qeyd edir ki, Tramp administrasiyasında sülh istiqamətində heç bir real irəliləyişin əldə olunmaması ciddi narazılıq yaradıb. ABŞ lideri həftənin əvvəlində danışıqları dəstəkləsə də, cümə axşamı bildirib ki, real nəticə yalnız Putinlə birbaşa görüşdən sonra mümkün ola bilər.
Trampın sözlərinə görə, o, yaxın günlərdə Rusiya prezidenti ilə telefon danışığı aparmağı, daha sonra isə şəxsən görüş keçirməyi planlaşdırır.
Aysel Əliyeva
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 16 May 2025 23:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















