Rusiya Sumiyə atəş açıb, ölənlər və yaralananlar var
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Sumı vilayətini atəşə tutması nəticəsində 3 nəfər həlak olub.
APA-nın “Unian”a istinadən verdiyi xəbərə görə, bu barədə vilayət polisi məlumat yayıb.
"Gecə yarısı Rusiya hərbçiləri Sumı rayonunun Verxnesyrovatskaya icmasının kəndlərindən birinə PUA-larla irimiqyaslı hücum həyata keçirib. Hücum nəticəsində 3 dinc sakin həlak olub. Onların arasında 8 yaşlı uşaq evin dağıntıları altından çıxarılıb. Hadisə zamanı daha 6 nəfər xəsarət alıb ki, onlardan da üçü uşaq olub. Yaralılar xəstəxanaya yerləşdiriliblər, onlara lazımi yardım göstərilir”, - məlumatda deyilir.
Hücum nəticəsində 30-a yaxın yaşayış binasına və 4 avtomobilə ziyan dəydiyi, ərazidə genişmiqyaslı yanğının başladığı qeyd edilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 24 İyun 2025 09:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















