Rusiya Suriya ilə hərbi bazaları saxlamaq üçün danışıqlar aparır
Ayna saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Biz danışıqların birinci mərhələsindəyik və müsbət atmosferdə keçir”
Rusiya tərəfi Suriya ilə Tartus və Latakiya əyalətlərində hərbi bazaların saxlanılması ilə bağlı danışıqlar aparır. Danışıqlar "müsbət atmosferdə" baş verir. AYNA xəbər verir ki, bu barədə “National” jurnalı mənbələrinə istinadən məlumat yayıb.
“Biz danışıqların birinci mərhələsindəyik və müsbət atmosferdə keçir”, - deyə mənbələrdən biri vurğulayıb.
Onun sözlərinə görə, suriyalılar yeni həyat qurmaq və irəli getmək istəyirlər: “Ona görə də hesab edirlər ki, dostluq münasibətlərini bərpa etmək lazımdır”.
Mənbə qeyd edib ki, Tartus limanının icarəsini ləğv etmək mümkün deyil və istənilən yeni rejim buna hörmətlə yanaşmalıdır.
“Qırmızı xətlər yoxdur, bu, ideologiyaya deyil, maraqlara əsaslanır”, - mənbə əlavə edib.
Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, Rusiya ölkənin silahlı qrupların nəzarətinə keçdikdən sonra Suriyadakı vəziyyəti izləyir. Nazirlikdən qeyd edilib ki, “Suriyada normallaşmanın yolu inklüziv dialoqdan keçir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 17 Dekabr 2024 18:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















