“Rusiya Suriyada vəziyyətin sabitləşməsinə kömək etməyə hazırdır”
Missiya.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Rusiya Suriyada vəziyyətin sabitləşməsinə kömək etməyə hazırdır”.
Missiya.Az xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu “İnterfaks” agentliyinə müsahibəsində deyib.
"Suriyada vəziyyət qeyri-sabit və konfliktli olaraq qalır və öz məqsədlərini güdən çoxsaylı xarici oyunçuların hərəkətləri vəziyyətin gərginləşməsinə gətirib çıxarır", - deyə siyasətçi vurğulayıb.
Onun sözlərinə görə, Rusiya regionda vəziyyətin sabitləşməsinə yönəlmiş tədbirlərin işlənib hazırlanması üçün birgə səyləri əlaqələndirməyə hazırdır.
"Uzun illər ərzində Bağdadda Rusiya, İraq, İran və Suriyanın müdafiə nazirlikləri vasitəsilə dördtərəfli koordinasiya mərkəzi fəaliyyət göstərib. O, beynəlxalq terrorizmlə mübarizədə səmərəli və təsirli bir vasitə olduğunu sübut edib", - deyə Şoyqu bildirib.
Daşqın Həsənov
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:25
Bu xəbər 15 Sentyabr 2025 12:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















