Rusiya Suriyadan Liviyaya hərbi texnika daşıyır
Reyting.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rusiyanın hava hücumundan müdafiə sistemlərini və digər silahlarını Suriyadan çıxardığı bildirilir. Suriyadan çıxarılan hərbi texnikanın bir hissəsinin Liviyaya daşındığı iddia olunur.
Reyting.az xəbər verir ki, qərargahı Londonda olan Suriya İnsan Haqları Müşahidə Qrupu ABŞ-da nəşr olunan “Wall Street Journal” qəzetinə Rusiyanın hava hücumundan müdafiə sistemlərinin Suriyadan çıxarıldığını təsdiqləyib.
Rusiyanın Suriyada iki bazası var: Aralıq dənizi sahilindəki Tartus hərbi dəniz bazası və Latakiya liman şəhəri yaxınlığındakı Hmeymim hərbi hava bazası.
“Wall Street Journal”ın xəbərlərinə görə, Rusiya təyyarədaşıyan gəmiləri bu yaxınlarda Suriyadan Liviyanın şərqinə S-400 və S-300 hava hücumundan müdafiə sistemləri daşıyıb.
BBC-nin peyk görüntülərini qiymətləndirdiyi xəbərdə hər iki Rusiya bazasında rus hərbi maşınlarının sıxlığının olduğu bildirilib. BBC-nin hesabatına görə, bazalardakı fəaliyyət Rusiyanın Suriyadakı hərbi varlığını tamamilə geri çəkmə və ya azaltma planına hazırlıqdır.
V. QULİYEV
Bu mövzuda digər xəbərlər:Rusiya HHM sistemlərini Suriyadan Liviyaya köçürür
19 Dekabr 2024 09:59
WSJ: Rusiya qüvvələrinin bir hissəsini Suriyadan Liviyaya köçürür
19 Dekabr 2024 11:50
Ruslar Suriyadan hərbi texnika daşıyır
17 Dekabr 2024 16:55
ABŞ Rusiyanın Suriyadan Liviyaya silah ötürdüyünü iddia edir
19 Dekabr 2024 11:19
Rusiya Suriyadakı hərbi kontingentini Liviyaya ötürür VİDEO
20 Dekabr 2024 13:37
Baxış sayı:134
Bu xəbər 19 Dekabr 2024 18:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















