Icma.az
close
up
RU
Rusiya Suriyanı tərk edəcək Kreml üçün gözlənilməz tələb!

Rusiya Suriyanı tərk edəcək Kreml üçün gözlənilməz tələb!

Icma.az, Moderator.az saytına istinadən bildirir.

“Rusiyanın Suriyada qalma ehtimalı o qədər də yüksək deyil. Hazırda Suriya və Rusiya arasında Rusiyanın hərbi bazalarının bu ölkədə qalması ilə bağlı müzakirələr davam edir. Həm Türkiyə, həm də Qərb ölkələri Rusiyanın Suriyada qalmasında qətiyyən maraqlı deyillər və böyük ehtimalla Rusiya Suriyadakı hərbi bazalarını çıxartmaq məcburiyyətində qalacaq”

Bunu Moderator.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.

Siyasi şərhçi hesab edir ki, Suriyanın keçid hökumətinin Rusiyadan təzminat istəməsi isə tamamilə haqlı və doğru bir addımdır:

 “Çünki Rusiya Suriyada törədilmiş hərbi və digər cinayətlərin hamısının iştirakçısı, Bəşər Əsədin törətdiyi bütün cinayətlərin şərikidir. Bəşər Əsəd rejiminə dəstək verməklə Rusiya Suriyada Bəşər Əsəd rejiminin törətdiyi bütün cinayətlərə şərik olub. Eyni zamanda, Rusiya Suriyada Bəşər Əsəd rejimi olmadan da cinayətlər törədib, orada hərbi bazaları mövcud olub və həmin hərbi bazaların fəaliyyəti Suriya əhalisinin həyatı hesabına başa gəlib. Rusiya tərəfindən hərbi əməliyyatlar keçirilib və günahsız insanlar həlak olub”.

Siyasi şərhçi Suriya hökumətinin hazırda Rusiyadan Bəşər Əsədi də geri istəməsi məsələsinə aydınlıq gətirib. O, Suriyanın  Bəşər Əsədin geri istənməsini Rusiya üçün bir qədər gözlənilməz xarakter daşıdığını vurğulayıb:

 “Çünki Kremldə hesab edirdilər ki, Suriyada Bəşər Əsədi unutmağa cəhd göstərəcəklər və onu yenidən tələb edib mühakimə eləmək niyyətinə yaxın vaxtlarda düşməyəcəklər. Çünki hələlik Suriyanın ərazi bütövlüyü bərpa olunmayıb. PKK və digər bir neçə qruplaşma buna müqavimət göstərir. Eyni zamanda, Suriyanın indiki problemləri tamamilə fərqlidir, sanksiyalar ləğv olunmayıb. Suriyaya qarşı və sosial iqtisadi vəziyyət olduqca ağırdır. Belə bir vaxtda Suriyadan Bəşər Əsədin tələb olunması Kreml üçün gözlənilməz olub. Ancaq göründüyü kimi, Suriyanın keçid hökuməti Bəşər Əsədi və onun cinayətlərini unutmayıb və Rusiyadan geri tələb edir. Əslində Rusiyanın özünün də Bəşər Əsəd kimi bəşəri cinayətkarı himayə edərək ona sığınacaq verməsinin  özü də dünya qarşısında siyasi bir cinayətdir. Çünki belə bir cinayətin yeri Rusiyada himayə olunmaq yox, məhkəmədir və o törətdiyi qanlı və qorxunc cinayətlərə görə mütləq cavab verməlidir. Bu baxımdan bütün bunları nəzərə alanda hesab etmək olar ki, Rusiyadan tələb olunan təzminat, Rusiya illərlə Bəşər Əsəd rejimini hakimiyyətdə qorumaqla Suriya xalqına qarşı törədilmiş hərbi cinayətlərin şərikinə çevrilib. Eyni zamanda özü də ayrıca cinayətlər törədib və keçid hökumətinin tələb etdiyi təzminat bununla bağlıdır”.

E.Xalidbəyli onu da əlavə edib ki, Kremlin bu təzminatın qarşılığında hərbi bazalarını Suriyada qalmasını tələb etməsi abssurd və məntiqsizdir:

“Suriya hökuməti Kremldən Rusiya hərbi bazalarının Suriyada qalmasına görə təzminat tələb eləmir. Suriyanın keçid hökuməti Rusiyadan Bəşər Əsədə dəstək verilməsi və bunun nəticəsində Suriyada çoxsaylı cinayətlərin törədilməsi, ölkənin dağıdılması, çökdürülməsi əvəzində Rusiyadan təzminat tələb edir. Əsas mübahisə mövzusu Suriya və Rusiya arasında ondan ibarətdir ki,  Rusiya Bəşər Əsədə verdiyi dəstəyi əsas gətirərək Suriyanın bir çox enerji resusları ilə bağlı müqavilələr əldə edib, həmin müqavilələrin davam etməsində maraqlıdır. Ancaq keçid hökuməti Bəşər Əsədin imzaladığı bir çox sazişləri ləğv edir və həmin sazişlərin ləğv olunma ehtimalı həddindən artıq yüksəkdir. Suriyanın enerji resursları qaynaqlarına nəzarət imkanlarının itirilməsi  Rusiya üçün artıq qaçılmazdır və bundan Kremldə ciddi şəkildə narahatdırlar. Belə anlaşılır ki, Rusiyanı tədricən Suriyadan tamamilə sıxışdırıb çıxaracaqlar və böyük ehtimalla hərbi bazalar da Suriyanı tərk etməli olacaq”.

Mehin Mehmanqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://moderator.az
archiveBu xəbər 31 Yanvar 2025 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri