Rusiya tankeri vuruldu Ekipaj yanan gəmidən son anda çıxarıldı VİDEO
Icma.az, Bakupost saytına istinadən bildirir.
Sıxılmış təbii qaz (LNG) daşıyan “Arctic Metagaz” adlı rus tankeri Aralıq dənizində yanıb.
Bakupost.az “İnterfax”a istinadən xəbər verir ki, tanker Malta sahillərinə yaxın zonada yanıb. Ekipaj son anda xilas edilib, heç bir itki qeydə alınmayıb.
Hadisənin səbəbi dəqiq təsdiqlənməsə də, müxtəlif mənbələr iddia edir ki, tankerə Ukraynaya aid pilotsuz dəniz katerləri və ya dəniz dronları tərəfindən hücum edilib. Bu vasitələrin Liviya sahillərindən yönləndirildiyi bildirilir. Lakin bununla bağlı rəsmi sübutlar hələ açıqlanmayıb.
Rusiya Nəqliyyat Nazirliyinin verdiyi məlumata görə, hücum NATO üzvü Malta yaxınlığında baş verib, tankerin Murmansk limanından çıxaraq beynəlxalq qaydalara uyğun yüklə hərəkət etdiyi bildirilib. Nazirlik bu hadisəni “beynəlxalq terrorizm və dəniz quldurluğu aktı” kimi qiymətləndirib və bunu beynəlxalq səviyyədə qınamağa çağırıb.
Eyni zamanda “Reuters” və digər beynəlxalq mənbələr qeyd edir ki, gəmi ABŞ və Britaniya sanksiyaları altında olub və onun son dəfə martın 2-də Malta sahillərində izlənib.
Cavid, BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 04 Mart 2026 14:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















