Rusiya tankerlərini silahla qorumağa başladı Baltikdə toqquşma təhlükəsi!
Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rusiya hərbi dəniz qüvvələri Baltik dənizində, xüsusilə Fin körfəzində neft daşıyan tankerləri müşayiət etməyə başlayıb.
“AzPolitika” xəbər verir ki, bu barədə Finlandiyanın müdafiə naziri Antti Hyakkanen “Yle” kanalına açıqlamasında bildirib.
Nazirin sözlərinə görə, müşayiət olunan gəmilər çox güman ki, Qərb sanksiyalarından yayınmaq məqsədilə yaradılmış “kölgə donanması”na aiddir. Avropa İttifaqı bu tankerləri həm ekoloji risk, həm də sanksiyaların pozulması baxımından təhlükəli hesab edir. Belə gəmilərin köhnə və təhlükəli olması, sığortasız şəkildə yüksək riskli daşımalar aparması xüsusilə narahatlıq doğurur.
Müşayiətlərin Estoniya və Finlandiya tərəfindən bəzi tankerlərin saxlanmasından sonra başladığı güman olunur. Finlandiya Müdafiə Nazirliyi bu addımı hərbi təhdid kimi dəyərləndirməsə də, bölgədə artan gərginliyin göstəricisi hesab edir.
Bundan əlavə, 23 mayda iki Rusiya hərbi təyyarəsinin Finlandiya hava məkanını pozması da diplomatik münasibətləri daha da gərginləşdirib. Finlandiya bu səbəbdən Rusiyanın səfiri Pavel Kuznetsovu Xarici İşlər Nazirliyinə çağıraraq rəsmi etiraz bildirib.
Ukrayna müharibəsi fonunda Rusiya ilə Qərb arasında münasibətlərin pik həddə çatdığı bir vaxtda Baltik dənizi enerji və təhlükəsizlik qarşıdurmasının yeni mərkəzinə çevrilir. Finlandiyanın NATO-ya üzv olması isə Rusiyanın bölgədə hərbi fəallığını artırmasına səbəb olur.
Ekspertlərə görə, Rusiya neft tankerlərinin müşayiəti həm də Aİ-yə açıq mesajdır – Kreml iqtisadi maraqlarını qorumaq üçün hərbi resurslardan istifadə etməyə hazırdır.
Rasim Əliyev
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 26 May 2025 18:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















