Icma.az
close
up
RU
Rusiya təhdidi fonunda yenidən Avropa ümidi Gürcüstanın strateji DİLEMMASI

Rusiya təhdidi fonunda yenidən Avropa ümidi Gürcüstanın strateji DİLEMMASI

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

“Gürcüstan Avropa İttifaqındakı mövcud böhrana baxmayaraq, mütləq Avropanın bir hissəsi olmaq istəyir. Ölkəmizin maraqlarını müdafiə etməsək, bizi heç kim dəstəkləməyəcək.
Mesajlarımız hər kəs üçün aydın olmalıdır: biz sülh, sabitlik, iqtisadi inkişaf istəyirik və hər kəslə dialoqa hazırıq”.
Bu fikirləri Gürcüstan Prezidenti Mixeil Kavelaşvili deyib. Gürcüstan liderinin sözlərinə görə, Tbilisi Aİ ilə dialoqa hazırdır, lakin ölkənin milli maraqlarının qorunması prioritetdir.
Bəs Aİ-dəki böhrana baxmayaraq Gürcüstan Aİ üzvlüyündə niyə maraqlıdır?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan gürcü politoloq Gia Xuxaşvili bildirib ki, ölkəsinin Aİ ilə bağlı fikirləri məntiqlidir:
“Birincisi ona görə ki, Gürcüstan Konstitusiyasında dövlətin və hakimiyyət orqanlarının Avropa inteqrasiyası istiqamətində bütün zəruri addımları atmalı olduğu açıq şəkildə qeyd olunub.
 

İkincisi isə ondan ibarətdir ki, prezident Gürcüstandakı ictimai əhval-ruhiyyəni çox yaxşı anlayır. Bütün çətinliklərə baxmayaraq, cəmiyyətin böyük hissəsi pro-Avropa mövqeyində qalır. Məhz bu iki amil onun həmin bəyanatı verməsinə səbəb olub”.


Analitik əlavə edib ki, real vəziyyət tamamilə fərqlidir:
“Praktiki olaraq biz Avropa İttifaqından uzaqlaşırıq və bu gün artıq müəyyən mənada təcrid vəziyyətində olduğumuzu demək olar. Əks istiqamətə doğru bu geriləmə prosesi olduqca intensiv şəkildə davam edir. Nəticədə, zaman keçdikcə bu məqsədin baş tutması getdikcə daha az real görünür. Avropa İttifaqına üzvlüyün Gürcüstan üçün niyə vacib olmasına gəldikdə isə, bu, gürcü xalqının müstəqillik dövrü boyunca formalaşmış ekzistensial seçimidir”.
Ənənəvi tərəfdaşlıq istiqamətində birgə fəaliyyət
Xuxaşvilinin fikrincə, cəmiyyətin əsas hissəsi hesab edir ki, Gürcüstan vətəndaşının dəyərlər sistemi Avropada formalaşmış dəyərlərə daha yaxındır. Üstəlik, insanların həyatda daha çox rifah, azadlıq və daha geniş imkanlar axtarması kimi fundamental prinsipdən çıxış etsək, bu imkanların ən çox cəmləşdiyi məkan məhz Avropadır:
“Demokratiya isə müasir, mürəkkəb dünyada rəqabətə davamlı olmağın ən səmərəli idarəetmə formasıdır. Bu baxımdan, qeyd olunan istiqamət, təhlükəsizlik sisteminin qurulması zərurəti ilə birlikdə, xüsusən də Rusiyanın Gürcüstan ərazilərini işğal etməsi fonunda, bizi obyektiv olaraq Avropa İttifaqı ilə daha sıx inteqrasiyaya sövq edir.
 

Eyni zamanda, Gürcüstan öz geosiyasi funksiyasını da yerinə yetirməlidir: yəni Azərbaycanla birlikdə Şərqlə Qərb arasında birləşdirici həlqə rolunu oynamalıdır. Bu kontekstdə Gürcüstanın Avropa İttifaqına inteqrasiyası təkcə Gürcüstan üçün deyil, həm də qonşu ölkələr üçün faydalıdır. Biz ənənəvi tərəfdaşlıq münasibətləri çərçivəsində birgə fəaliyyət göstərərək bu strateji istiqaməti daha da inkişaf etdirə bilərik”.


Qeyd edək ki, Gürcüstan Konstitusiyasında Avropa inteqrasiyası konstitusion norma kimi təsbit olunub. Bu səbəbdən prezidentin və ya hər hansı dövlət rəsmisinin bu xəttdən kənar mövqeyi Konstitusiyanın pozulması deməkdir.
Tehran Orucoğlu, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://bizim.media
archiveBu xəbər 17 Dekabr 2025 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see283

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see279

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see276

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see248

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see240

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see225

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see195

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see183

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see170

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see150

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see148

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see144

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see139

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri