Icma.az
close
up
RU
Rusiya Təhlükəsizlik Şurasından Azərbaycana qarşı 5 hədəfli hədə gəldi?..

Rusiya Təhlükəsizlik Şurasından Azərbaycana qarşı 5 hədəfli hədə gəldi?..

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Sözsüz ki, ölkəmizi 5 sadalanan istiqamətdən hədələyən Kreml onu da yaxşı bilir ki, Rusiyanın Ukrayna bataqlığında çabaladığı hazırkı durumunda cənubda yeganə nəfəsliyi olan Azərbaycanı və təbii ki, ardınca da onunla ən real dpst və müttəfiq olan Türkiyəni itirmək onun üçün nə demək olar... Odur ki, bütün bunlar boş və müvəqqəti hədələrdən savayı bir şey deyil...  Və bizim bunlara qarşı adekvat tədbirlərimiz də var..."

Rusiya Təhlükəsizlik Şurası müvafiq idarələrin iştirakı ilə “ölkələr arasında bağlanmış müqavilə və sazişlərin, o cümlədən 2022-ci il tarixli Müttəfiqlərin Qarşılıqlı Fəaliyyət Müqaviləsinin ruhuna və mətninə zidd olan Bakı tərəfindən aqressiv eskalasiyaya” cavab tədbirləri variantlarını nəzərdən keçirir.

Moderator.az xəbər verir ki, bu haqda şimal qonşumuzun "Nezygar” telegram-kanalı yazır.

“Qarabağın alınmasından Azərbaycan rəhbərliyinin başı gicəllənib və Rusiya ilə iqtisadi əlaqələri unudub. Bu, ona regional Xəzər lideri rolunu iddia etməklə Azərbaycan və Türkiyədə geniş ictimaiyyətə öz “bərkgedənliyini” nümayiş etdirmək istəyindən qat-qat baha başa gələ bilər”, - resurs yüksək vəzifəli mənbəsinə istinadla yazır.

Telegram-kanal qeyd edir ki, Rusiyanın Bakını reallıq hissinə qaytarmaq üçün geniş imkanları var.

“Azərbaycanlı əmək miqrantlarının Rusiyadan vətənlərinə köçürmələri (ildə orta hesabla 1 milyard dollardan çox) Azərbaycanın illik büdcə gəlirlərinin təxminən 7%-ni təşkil edir. Onların bloklanması dərhal onun kəsirinə və dövlət xərclərinə təsir edəcək.

Azərbaycanın Rusiya Federasiyasına tədarükü əsasən Türkiyədən reeksport edilən tərəvəz və meyvələrdən ibarətdir. Bunun qarşılığında Rusiya Azərbaycana taxıl, süd məhsulları, nəqliyyat vasitələri, avadanlıqlar tədarük edir, həmçinin yerli Rusiya texnologiyaları əsasında bir sıra birgə müəssisələrə (Rusiya kapitallı 1400 müəssisə, ümumi investisiyalar 8 milyard dollara yaxın) malikdir.

Ticarət dövriyyəsinin müsbət saldosu 2024-cü ildə Rusiyanın xeyrinə 2 milyard dollara yaxın olub. Nezygar yazır: “Azərbaycanın ümumi ərzaq alışının 30%-i Rusiyadan gəlir”.

Başqa sözlə, resurs iddia edir ki, Rusiya bir neçə ay ərzində Azərbaycanı iqtisadi çöküşün astanasına gətirə bilər.

“Azərbaycan hakimiyyətinin anti-Rusiya ritorikasına təsir etmək üçün başqa bir variant nəqliyyat əməkdaşlığına yenidən baxılmasıdır. Xüsusilə, Bakı dəniz limanının Şimal-Cənub dəhlizindən çıxarılması və marşrutun Rusiya hissəsinin İran limanları ilə birbaşa əlaqəsinin qurulması...

Bundan əlavə, Azərbaycan neftinin Novorossiysk tranzit limanı vasitəsilə Avropaya nəqlinin əngəllənməsi mümkündür ki, bu da büdcənin formalaşmasının əsas mənbəyi olan Bakının valyuta gəlirlərinin kəskin azalmasına səbəb olacaq. Bu marşrutun alternativi yoxdur.

Nəhayət, Rusiya qondarma “ləzgi problemi” ilə bağlı siyasətinə yenidən baxa bilər. Söhbət Azərbaycanın şimalında, qardaşlarının məskunlaşdığı Dağıstan əraziləri ilə həmsərhəd olan 100 minə yaxın “Quba” ləzgisindən gedir”, - "Nezygar" belə yazır.

Telegram kanalı xatırladıb ki, guya SSRİ dövründən (1965) azərbaycanlı ləzgilər Rusiya ləzgiləri ilə vahid Ləzgi Muxtar Sovet Sosialist Respublikasında birləşməyi tələb ediblər.

“Sovet İttifaqının dağılmasından sonra ləzgilərin məcburi assimilyasiyasına və onların yaşadıqları ərazilərin Dağıstana verilməsinə qarşı çıxan “Sadval” hərəkatı yaradıldı. Lakin Rusiya Federasiyasının dəstəyi ilə tələblər rədd edildi və hərəkatın özü də Moskvadan dəstək almayaraq radikallığını itirdi.

Buna baxmayaraq, ləzgi əsilli Rusiya iş adamları arasında azərbaycanlı ləzgilərlə birləşmə ideyası aktual olaraq qalır. Kreml Zaqulba (İlham Əliyevin iqamətgahı) ilə münasibətlərə yenidən baxmağa yönəlmiş digər tədbirlərlə yanaşı, onların bu istiqamətdəki təşəbbüslərini dəstəkləyə bilər”, - "Nezygar" iddia edir.

Zəruri şərh:

Sözsüz ki, ölkəmizi 5 sadalanan istiqamətdən hədələyən Kreml onu da yaxşı bilir ki, Rusiyanın Ukrayna bataqlığında çabaladığı hazırkı durumunda cənubda yeganə nəfəsliyi olan Azərbaycanı və təbii ki, ardınca da onunla ən real dpst və müttəfiq olan Türkiyəni itirmək onun üçün nə demək olar... Odur ki, bütün bunlar boş və müvəqqəti hədələrdən savayı bir şey deyil...  Və bizim bunlara qarşı adekvat tədbirlərimiz də var...

S.Laçın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://moderator.az
archiveBu xəbər 10 Fevral 2025 08:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri