Rusiya təyyarələri Tehrandan nə daşıyır? Hərbi ekspertdən açıqlama
Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.
"Rusiyaya aid yük təyyarələri Tehrana eniş edib və onların vasitəsilə İrandan xeyli miqdarda qızıl çıxarılıb".
"Unikal" xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev deyib.
"İran rəhbərliyi ən pis ssenariyə, yəni "hakimiyyətin mümkün çöküşünə" hazırlaşır. Rusiya yük təyyarələrinin Tehrana böyük ehtimalla silah və sursat, geriyə isə Xameneyinin qızıllarını daşıyırlar.
İran rəsmiləri isə daha çox Fransa vizası almağa üstünlük verir. Bir çox ölkələr vətəndaşlarını İranı tərk etməyə çağırıb. Vəziyyət getdikcə daha da gərginləşir.
İranın hazırda etiraz aksiyasını idarə edəcək, müxtəlif etnik qrupların qəbul edə biləcəyi vahid liderə böyük ehtiyacı var. Pəhləvi bu kriteriyalara cavab vermir", - deyə hərbi ekspert qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 08 Yanvar 2026 21:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















