Icma.az
close
up
RU
Rusiya “Tramp marşrutu”ndan pay alır: İrəvandan REAKSİYA

Rusiya “Tramp marşrutu”ndan pay alır: İrəvandan REAKSİYA

Turkstan.az saytına istinadən Icma.az xəbər verir.

Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan bildirib ki, Rusiya şirkətinin “Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu”nun həyata keçirilməsində üçüncü tərəf kimi iştirakı barədə heç bir məlumata malik deyil.

Diplomat Amerika tərəfinin təkidi ilə TRIPP layihəsində Rusiya şirkətinin iştirak edəcəyindən bəhs edən məlumatdan xəbərsiz olduğunu deyib.

“Mən belə bir məlumat eşitməmişəm. Amerika tərəfi ilə fəal müzakirələr gedir. Hazırda başqa heç bir təfərrüat verə bilmərəm”, - deyə M. Safaryan əlavə edib.

Onun özlərinə görə, layihədə bu və ya digər ölkənin iştirakı məsələsini birbaşa tərəflər - Ermənistan və ABŞ müəyyən etməli və belə qərarlar ikitərəfli danışıqlar çərçivəsində qəbul edilməlidir.

“Əlbəttə, hər bir tərəfin öz yanaşması var. Hər şey iki tərəf arasında məsləhətləşmələr yolu ilə həll olunacaq” - Safaryan “Ermənistan hakimiyyətinin layihəyə üçüncü tərəfin cəlb edilməsi ilə bağlı mövqeyinə, məsələn, türk şirkətinin iştirakına qarşı çıxa bilərmi” sualına cavabında belə deyib.

Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib ki, qəbul edilən bütün qərarlar və şirkət seçimləri layihədə iştirak edən tərəflərin maraqlarına uyğun olmalıdır:

“İlk növbədə, bir erməni-amerikan şirkəti yaradılmalıdır. Hazırda məhz bu məsələ ilə bağlı müzakirələr aparılır”.

Qeyd edək ki, Ermənistan mediasında Zəngəzur dəhlizinin idarəçiliyinə Rusiyanın da cəlb olunacağına dair Vaşinqton və Moskva arasında razılaşmanın əldə olunduğuna dair məlumat yayılıb.

Bu təklifin ABŞ Dövlət katibinin müavini Alison Hakerin ötən həftə İrəvana səfəri zamanı Ermənistan rəhbərliyinə sürpriz olaraq təqdim edildiyi bildirilir. Rusiyanın “Tramp marşrutu”nda iştirakının təhlükəsizlik məsələləri ilə bağlı olduğu iddia edilir. Lakin Ermənistan tərəfinin bu məsələyə münasibəti hələlik məlum deyil.

Mnatsakan Safaryanın açıqlaması göstərir ki, Nikol Paşinyan hakimiyyəti “Tramp marşrutu”nu idarə edilməsinə dair razılaşmaların ABŞ-Rusiya deyil, ABŞ-Ermənistan əməkdaşlığı formatında həll olunmasının tərəfdarıdır.

Baş nazir Paşinyan bu yaxınlarda verdiyi açıqlamada “TRIPP yolu” layihəsinin həyata keçirlməsi ilə bağlı Ermənistan və ABŞ-nin iştirakı ilə birgə şirkətin yaradılacağını bildirib. Rusiyanın da Zəngəzur dəhlizində ABŞ ilə əməkdaşlıq edəcəyinə dair xəbərlər öz təsdiqini taparsa, bu Tramp administrasiyasının yaradılacaq konsorsiuma üçüncü tərəfin də daxil olmasına etiraz etmədiyini deməyə əsas verir.

Amma Ermənistanın bu məsələdə Rusiyaya güzəştə gedəcəyi inandırıcı görünmür. Çünki Nikol Paşinyan hökuməti Zəngəzur dəhlizinin təhlükəsizliyinin Rusiyaya həvalə edilməsini Ermənistanın ərazi bütövlüyünə və suverenliyinə təhlükə hesab edir. 2020-ci il 10 noyabr Bəyanatının 9-cu bəndində Zəngəzur dəhlizinin açılmasına dair razılaşmanın indiyə qədər icra olunmaması Ermənistanla Rusiya arasındakı qeyd edilən fikir ayrılığı səbəb olub.

ABŞ-dən fərqli olaraq, “Tramp marşrutu”ndan istifadəyə kommersiya maraqlarındanm deyil, daha çox regional təhlükəsizlik məsələsi kimi yanaşır. Ona görə də dəhlizin təhlükəsizliyinin Rusiyaya həvalə edilməsinə Ermənistan rəhbərliyinin razı olacağı inandırıcı görünmür.

Zəngəzur dəhlizində ABŞ-Rusiya əməkdaşlığı barədə iddiaların meydana çıxması Cənubi Qafqaz Dəmir Yollarının (CQDY) konsessiyasının Moskvaya məxsus olmasından qaynaqlana bilər.Çünki Rusiya “Tramp maşrutu”nun açılmasının qarşını almaq üçün konsessiya hüququndan sui-istifadə etməyə çalışacaq.

Xatırladaq ki, CQDY-nın icarəsinə dair Ermənistan və Rusiya arasında 2008-ci ilin fevral ayında imzalanmış 30 illik müqavilənin birinci 20 ili 2027-ci ildə başa çatır. Bundan sonra Ermənistan müqaviləni 10 il müddətinə uzatmaq və ya ondan imtina etmək hüququna malikdir.

2027-ci ildə Paşinyan hakimiyyətinin konsessiya müqaviləsinin müddətini artıracağı inandırıcı görünmür. Bu baxımdan, Rusiya “Tramp marşrutu”nda iştirak etmək imkanlarını 2027-ci ilə qədər manipulyasiya edə bilər. /Cebheinfo.az/

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 26 Noyabr 2025 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see205

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see195

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see174

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see144

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see134

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see131

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see126

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri