Rusiya Trampa güzəşt olaraq bu addımı ata bilər KİV
Icma.az bildirir, Bakupost portalına istinadən.
Kreml ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsini bitirmək cəhdləri ilə bağlı ona güzəştlərin bir neçə variantını nəzərdən keçirir.
Bakupost.az xəbər verir ki, bu barədə “Bloomberg” Rusiyadakı adı açıqlanmayan mənbələrdən məlumat yayıb.
Onların məlumatına görə, Rusiya hakimiyyəti Trampa sülh yolu ilə mümkün güzəştləri diqqəti ABŞ-nin ikinci dərəcəli sanksiyaları təhlükəsindən yayındırmaq cəhdi kimi qiymətləndirir.
"Mümkün təkliflərdən biri deeskalasiya jesti kimi pilotsuz təyyarələr və raketlərdən istifadə etməklə hava zərbələrinin dayandırılması ola bilər - bir şərtlə ki, Ukrayna da sazişi imzalasın", - agentlik mənbələrdən birinə istinadən yazır.
“Bloomberg”in mənbələri hesab edir ki, ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffun Moskvaya elan edilmiş səfəri uğur şansları cüzi olsa belə, Trampla razılaşma üçün son şans verir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 05 Avqust 2025 23:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















