Rusiya: Trampın “enerji atəşkəsi” təklifi dəstəklənməlidir
Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ Prezidenti Donald Trampın Rusiya ilə Ukrayna arasında “enerji atəşkəsi” ilə bağlı təklifinin konkret addımlarla dəstəklənməli olduğunu bildirib.
Sherg.az xəbər verir ki, Zaxarova Yekaterinburqda keçirilən Beynəlxalq Gənclər Festivalı çərçivəsində keçirdiyi brifinqdə Trampın təklifini şərh edib.
Onun sözlərinə görə, əsas məsələ səsləndirilən fikirlərin konkret addımlara çevrilməsidir. Zaxarova Rusiyanın atəşkəs razılaşmalarına hər zaman əməl etdiyini, eyni yanaşmanın Kiyev hakimiyyəti üçün keçərli olmadığını iddia edib.
Zaxarova həmçinin NATO ölkələrinin Ukraynada və onun hüdudlarından kənarda silah istehsalı müəssisələri qurduğunu bildirib. O, Rusiyaya qarşı hərbi təhlükənin mövcud olduğu istənilən nöqtənin Moskva tərəfindən legitim hərbi hədəf kimi qiymətləndirildiyini deyib.
Rusiya XİN sözçüsü Litvanın nüvə silahlarına qoyulan konstitusion qadağanı aradan qaldırmaq planlarının Moskvanın təhlükəsizliyinə təhdid yaratdığını və Rusiyanın buna cavab verəcəyini bildirib.
Zaxarova Macarıstanın Rusiya diplomatlarını ölkədən çıxarmaq qərarını da tənqid edib və buna müvafiq cavab veriləcəyini qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 16 Sentyabr 2026 11:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















