Icma.az
close
up
RU
Rusiya Türkiyə qaz tankerini niyə vurdu? Yeni hücumun mesajı

Rusiya Türkiyə qaz tankerini niyə vurdu? Yeni hücumun mesajı

Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiya Ordusunun Odesa vilayətinin cənubundakı port və enerji infrastrukturuna genişmiqyaslı PUA hücumu nəticəsində İzmayedə Türkiyəyə məxsus LPG daşıyan "ORINDA” (IMO 9240122) tankerində yanğın baş verib. Türkiyə hökumətinin Dəniz İşləri Baş İdarəsi məlumat verib ki, gəminin 16 nəfərdən ibarət heyəti təxliyə olunub. Rumıniyanın İzmayed limanının qarşısında yerləşən Plauru kəndinin sakinlərinin də mümkün partlayış təhlükəsinə görə köçürülməsi istisna edilmir.

Qaynarinfo xəbər verir ki, ekspertlərin fikrincə, rus qoşunları tankeri təsadüfən deyil, məqsədli şəkildə hədəfə alıb. Çünki Böyük Odessa limanlarından fərqli olaraq, Dunay limanlarında AIS siqnal ötürücüləri söndürülmür və Moskva İzmayedə hansı gəminin dayandığını dəqiq bilirdi. Qırmızı gövdəyə malik qaz tankerlərinin yüksək təhlükə səviyyəsi nəzərə alınarsa, hədəfin seçilməsi xüsusi bir mesaj kimi qiymətləndirilir.

Bu hücumun Türkiyəyə mesaj olduğu ehtimalı güclənir.

Qara Dəniz Strateji Araşdırmalar İnstitutunun monitorinq qrupunun məlumatına görə, 2025-ci ilin ilk 10 ayında Ukraynanın Böyük Odessa limanlarına 2103 ticarət gəmisi daxil olub. Onların 40%-i Türkiyə şirkətlərinə məxsusdur – bu, ən yüksək göstəricidir. Yunan gəmi sahibləri ikinci yerdədir (20%-dək).

Hücumların statistikasını təhlil edən ekspertlər qeyd edir ki, Moskva Türkiyənin Ukrayna limanlarına aktiv şəkildə yük daşımasını "büdcənin və dolayısı ilə ordunun maliyyələşməsinə dəstək” kimi qiymətləndirir və bunun qarşısını almağa çalışır. Eyni zamanda, son aylarda Böyük Odessa limanları ilə yanaşı, Dunay limanlarına hücumların artması yeni tendensiyadır.

Moskvanın məqsədi nədir?

• Türkiyə ticarət donanmasını Ukrayna marşrutlarından çəkindirmək;

• Ukraynanın Dunay limanlarını ehtiyat-logistika rolundan məhrum etmək;

• Ukraynanın dəniz ticarəti üzərində psixoloji və iqtisadi təzyiqi artırmaq.

Qara Dəniz Strateji Araşdırmalar İnstitutunun rəhbəri, iqtisadçı Andrey Klimenkonun fikrincə, Rusiya üçün Türkiyə ticarət donanmasını Ukrayna limanlarından "vurub çıxarmaq” strateji hədəflərdən biridir və buna görə də hücumların artacağı gözlənilir.

Alpər

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:93
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 18 Noyabr 2025 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see285

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see282

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see254

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see204

”, ”, topaz ın sahibi ən varlı adam oldu

01 Yanvar 2026 23:37see197

Xəbərdarlıq Yer kürəsində maqnit qasırğası başladı

03 Yanvar 2026 01:15see178

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see163

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see155

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see144

Dünya əhalisinin sayı rekorda yaxınlaşır

02 Yanvar 2026 23:37see143

Cəbrayıl şəhərinin işğaldan azad olunmasından 2 il ötür

03 Yanvar 2026 03:59see143

Səhralar yaşıllaşacaq: Çinli alimlərdən inqilabi metod

02 Yanvar 2026 02:41see142

İran xarici müdaxiləyə sərt cavab veriləcəyini bəyan edib

02 Yanvar 2026 18:54see142

Kolumbiya hərbçiləri 4 ton kokain daşıyan gəmini ələ keçiriblər

02 Yanvar 2026 00:14see138

Araqçi Trampın iranlı etirazçılara dəstək bəyanatlarını “düşünülməmiş və təhlükəli” kimi qiymətləndirib

03 Yanvar 2026 01:30see137

“Qurban Qurbanov çox sərt məşqçidir” Koxalski

02 Yanvar 2026 20:00see134

Məşhur ekstrasensdən Azərbaycanla bağlı 2026 PROQNOZLARI MÜSAHİBƏ

02 Yanvar 2026 10:12see134

23 Aprel Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür

02 Yanvar 2026 06:20see134

Bakının yarısında işıqlar söndü

02 Yanvar 2026 00:26see133

Təhsil işçilərinin rifahı fəaliyyətimizin mərkəzindədir Araz Paşayev

01 Yanvar 2026 23:54see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri