Icma.az
close
up
RU
Rusiya: Türkiyə və İranla Suriyanı müzakirə edəcəyik

Rusiya: Türkiyə və İranla Suriyanı müzakirə edəcəyik

Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.

Rusiyanın xarici işlər naziri Lavrov amerikalı jurnalist Taker Karlsona açıqlama verib.

Turkustan.az xəbər verir ki,Suriyada vəziyyətin çox mürəkkəb olduğunu vurğulayan Lavrov Türkiyə və İran xarici işlər nazirləri ilə görüşdən sonra vəziyyətin yenidən sabitləşəcəyinə ümid etdiyini bildirib.

ABŞ ilə əməkdaşlıq etməmək üçün heç bir səbəb görmədiklərini vurğulayan Lavrov, "Rusiyanın qanuni təhlükəsizlik maraqlarına hörmət əsasında danışıqlar yolu ilə sülh yolu ilə həllə üstünlük veririk" - dedi.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Suriyadakı vəziyyətin bütün təfərrüatlarını müzakirə etmək üçün Dohada Türkiyənin xarici işlər naziri Hakan Fidan və iranlı həmkarı Abbas Erakçi ilə görüşəcəklərini qeyd edərək, “Bu həftə üçün planlaşdırdığımız görüş münaqişənin sabitləşməsinə kömək edəcək. Ümid edirəm ki, yaxşı olacaq" - deyə, bildirdi.
Moskvada amerikalı jurnalist Taker Karlsona müsahibə verən Lavrov ABŞ-Rusiya münasibətlərindən tutmuş Suriyadakı son vəziyyətə qədər bir çox mövzuda sualları cavablandırıb.
Lavrov Suriyadakı son hadisələri yaxından izlədiklərini və türkiyəli və iranlı həmkarları ilə Astana prosesinin prinsipləri çərçivəsində mövcud vəziyyətin yenidən nəzərdən keçirilməsini müzakirə edəcəklərini bildirib.
Rusiyalı nazir Suriyada vəziyyətin kifayət qədər mürəkkəb olduğunu vurğulayaraq, "Bu, mürəkkəb bir oyundur. Bir çox aktyor iştirak edir. Ümid edirəm ki, bu həftə üçün planlaşdırdığımız görüş vəziyyətin sabitləşməsinə (Suriyada) kömək edəcək" - qiymətləndirməsini etdi.
"İdlib bölgəsində razılaşmaların ciddi şəkildə icrasına qayıtmağın zəruriliyini müzakirə edəcəyik. Çünki İdlib gərginliyi azaltma zonası terrorçuların Hələbi ələ keçirmək üçün hərəkət etdiyi yer idi". Lavrov görüş zamanı bu məsələləri də müzakirə edəcəklərini bildirib.
Rusiya, Türkiyə və İranın Astana Prosesi çərçivəsində müntəzəm görüşlər keçirdiklərini xatırladan Lavrov, bu ilin sonu və ya 2025-ci ilin əvvəlində görüş planlaşdırdıqlarını açıqlayıb.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:135
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 06 Dekabr 2024 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri