Rusiya Türkiyədən kömək istədi
Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rusiya Əsədin devrildiyi Suriyadan çəkilməyə qərar verib.
Milli.Az xəbər verir ki, Clash Report-un Rusiya mənbəsindən aldığı xəbərə görə, qüvvələri üçün təhlükəsiz çıxış yolu axtaran Moskva rəhbərliyi Türkiyədən dəstək istəyib.
Rusiya Xarici İşlər Nazirliyi Əsədin ölkəni tərk etdiyini açıqlayıb. Nazirliyin bu gün səhər saatlarında verdiyi açıqlamada, "Suriyadakı vəziyyətin dramatik və narahatlıq doğurduğu" bildirilib. "Əsədlə silahlı qarşıdurmada iştirak edən qüvvələr arasında danışıqlar aparıldığını" iddia edən Nazirlik, "Danışıqlar nəticəsində Əsəd hakimiyyətin sülh yolu ilə təhvil verilməsi ilə bağlı göstərişlər verdi, vəzifəsindən getməyə qərar verdi və ölkəni tərk etdi" deyə açıqlama verib.
Lalə Qüdrətova
Milli.Az
Baxış sayı:91
Bu xəbər 08 Dekabr 2024 23:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















