Icma.az
close
up
RU
Rusiya Türkiyəyə Qara dənizdə müharibə elan edib Ankaranın cavabı nə olacaq?

Rusiya Türkiyəyə Qara dənizdə müharibə elan edib Ankaranın cavabı nə olacaq?

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiya Qara dənizdə Türkiyəyə məxsus “Viva” yük gəmisinə hücum edib. Gəminin göyərtəsində 11 Türkiyə vətəndaşının olduğu bildirilir. Diqqətçəkən məqam isə bundan cəmi bir neçə gün əvvəl – dekabrın 12-də Ukraynanın Odessa limanında Türkiyəyə məxsus başqa bir yük gəmisinin də hücuma məruz qalmasıdır. Ardıcıl insidentlər Türkiyənin təhlükəsizliyi ilə bağlı ciddi suallar yaradır.

Globalinfo.az məsələ ilə bağlı politoloq Oqtay Qasımovla müsahibə edib.

– Türkiyəyə qarşı bu hücumlar təsadüfidir, yoxsa Rusiya üçün zərurətə çevrilib?

– Rusiyanın Türkiyəyə məxsus gəmiləri hədəfə alması ciddi suallar və narahatlıq doğurur. Qısa müddət ərzində ikinci dəfə Türkiyə gəmisinin vurulmasını təsadüf hesab etmirəm. Hazırda Ukrayna limanlarına ən çox daxil olan gəmilər məhz Türkiyəyə məxsusdur.

Rusiya Türkiyəyə qarşı niyə bu cür addımlar atır?

–Ankara ilə Kiyev arasında əlaqələr genişdir. O cümlədən Türkiyə Ukraynanın ərazi bütövlüyü ilə bağlı birmənalı mövqe sərgiləyən dövlətlərdən biridir. Bu mövqe bütün platformalarda, eyni zamanda Rusiya Prezidenti Vladimir Putinlə keçirilən görüşlərdə qarşı tərəfin diqqətinə çatdırılıb.

– Bu prosesi Rusiyanın Türkiyəyə qarşı müharibə elanı kimi qiymətləndirmək olarmı?

– Şübhəsiz ki, Rusiya son dövrlər özünü müəyyən qədər güclənmiş hesab edir və bu fonda müxtəlif dövlətlərə qarşı təzyiqləri artırmağa çalışır. Lakin hesab edirəm ki, gəmilərin qəsdən hədəfə alınması halında belə, bu davranışlar Rusiyaya ciddi uğur gətirməz. Çünki Moskvanın Ankaraya çox ciddi ehtiyacı var.

Oqtay Qasımov

– Ankaranın cavabı nə olacaq?

– İkitərəfli münasibətlərin hazırkı səviyyəsi, Rusiya və Türkiyə liderlərinin Aşqabadda keçirilən görüşü, eləcə də Putinin yaxın vaxtlarda Türkiyəyə səfəri ilə bağlı yayılan məlumatlar göstərir ki, tərəflər bu tip məsələləri qarşılıqlı anlaşma və dialoq yolu ilə həll edəcəklər. Rusiya tərəfi bu hadisələr qəsdən baş vermiş olsa belə, onları müharibə şəraiti və müəyyən təsadüflərlə izah etməyə çalışacaq.

– Bu addımla Rusiya Türkiyəyə Ukrayna məsələsində tutduğu mövqedən geri çəkilməli olduğu barədə mesaj verməyə çalışa bilərmi?

– Hesab etmirəm ki, bu, Türkiyəyə Ukrayna ilə bağlı mövqeyindən geri çəkilməsi yönündə verilmiş bir mesajdır. Belə bir ehtimal irəli sürülə bilər, lakin Türkiyənin bu məsələdə mövqeyinin dəyişəcəyini düşünmək sadəlövhlük olardı. Çünki Ankaranın Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi birmənalıdır.

Ləman İmran
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 15 Dekabr 2025 08:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see321

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see309

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see294

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see264

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see246

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see223

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see216

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see206

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see200

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see191

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see188

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see182

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see178

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see157

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see155

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see155

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see154

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see153

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see146

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri