Rusiya üçün fəlakətli gecə: 500 dən çox Ukrayna PUA sı
Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.
Ölkə.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, gecə ərzində hava hücumundan müdafiə vasitələri Rusiyanın səkkiz bölgəsi üzərində 502 sabit qanadlı dron ələ keçirib və məhv edib. Nazirliyin məlumatına görə, PUA-lar Belqorod, Bryansk, Kaluqa, Kursk, Lipetsk və Orel bölgələri, Krasnodar diyarı, Krım və Qara dəniz üzərində vurulub.
Qubernator Veniamin Kondratyev bildirib ki, Krasnodar diyarı üzərində bir gecə ərzində bir neçə yüz dron vurulub.
Hücum nəticəsində Novorossiyskdə 8 yaşlı uşaq həlak olub. PUA qalıqları 21 evə və dörd müəssisəyə düşüb. Anapa və Gəlincikdə dron hücumları yaşayış binalarına ziyan vurub və daha dörd nəfər yaralanıb. Yerli hakimiyyət orqanlaır evsiz qalan insanlar üçün təxminən 90 nəfərin yaşamasına imkan verən müvəqqəti sığınacaqlar yaradıb.
Taman limanı yaxınlığındakı Volna kəndində yerli sakin aldığı xəsarətlərdən ölüb. Dron hücumundan sonra Gelendjikdə yerli fövqəladə vəziyyət elan edilib.
Ən ciddi ziyan Qolubaya Buxta ərazisində qeydə alınıb. Orada təxminən 20 evə ziyan dəyib, onlardan üçü tamamilə dağılıb.
Avqustun 12-si gecəsi Rsuiay Silahlı Qüvvələri Ukraynaya “Shahed” və "hava-hava" raketləri ilə hücum ediblər. Hücum Odessa, Zaporojye və Poltava bölgəsində yanğınlara və dağıntılara səbəb olub.
UNIAN-ın verdiyi xəbərə görə, Zaporijstal zavoduna ballistik raket zərbəsindən sonra fəaliyyətini dayandırıb. Yeddi nəfər həlak olub, 21 işçi yaralanıb. Dnepropetrovsk bölgəsində baş verən atəş nəticəsində 5 nəfər həlak olub, 7 nəfər isə yaralanıb.
Bundan əlavə, hücumlar nəticəsində yaşayış binaları, sənaye infrastrukturu obyektləri, qeyri-yaşayış sahələri və qarajlar, mağaza və anbar binalara ciddi ziyan dəyib.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 12 Avqust 2026 13:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















